Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:23

Azərbaycan və Pakistan rəsmilərinin görüşü olub


Aprelin 22-də Azərbaycana səfər edən Pakistan İslam Respublikasının müdafiə katibi Sayed Athar Alinin Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşüb.

Geniş tərkibli görüşdə hər iki ölkənin müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq məsələlərinin inkişaf dinamikası müzakirə edilib.

Görüşdə regionda hərbi–siyasi vəziyyət və işğalçı Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsinə maneçilik törətməsi məsələlərinə də toxunulub.

Görüşdə Azərbaycanın Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli iştirak edib.
XS
SM
MD
LG