Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 12:50

Avropada hava əlaqəsi bərpa olunub


Aprelin 22-dən Avropada hava əlaqəsi bərpa olunur. Finlandiya və Şotlandiya istisna olmaqla, Avropanın əksər ölkələrində hava məkanı açıq olacaq.

Ötən həftə İslandiyada vulkan püskürməsinə görə Avropanın şimalında hava məkanı bağlanmışdı. Azərbaycandan da bir sıra ölkələr uçuşlar təxirə salınmışdı.

Dünən Avropanın əsas aerortlarında uçuşlar bərpa olunub.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası bildirib ki, vulkana görə yaranan fasilənin hava yolları sənayesinə vurduğu ziyan ən azı 1 milyard 700 min dəyərində qiymətləndirilir.

Azərbaycandan da Avropa şəhərlərinə həyta keçirilən aviareyslər mövcud uçuş qrafiki üzrə bərpa olunub.

«Azərbaycan Hava Yolları» QSC-nin xidmət rəisi Məhərrəm Səfərli:

«Təxirə salınmış aviareyslər də həyata keçirilib və hava limanında heç bir aviareys üzrə sıxlıq müşahidə olunmur».

M.Səfərli onu da bildirib ki, eyni zamanda Avropa şəhərlərindən Bakıya, əks istiqamətdə yerinə yetirilən aviareyslərdə də heç bir problem yoxdur.
XS
SM
MD
LG