Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 06:29

Minsk qrupunun tərkibi dəyişə bilər


ATƏT-in Minsk qrupunun tərkibi dəyişdirilə bilər.

Bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son zamanlar, ümumiyyətlə Avropada, dünyada bu məsələ ətrafında bir narahatlıq var.

"Həmsədrlər indiyədək ciddi bir nəticə ortaya qoya bilməyib.
Hazırda söhbət gedir ki, bəlkə Avropa Birliyi bu qurumda başqa şəkildə təmsil olunsun.
Məsələn, Fransa təkcə özünü deyil, həm də Avropa Birliyini təmsil etsin”.

Əli Həsənov qeyd edib ki, burda başqa təkliflər də var və regionun digər maraqlı dövləti kimi, Türkiyənin təmsilçiliyi də gündəmdədir.

“Təkliflərin dəyərləndirilməsi isə ATƏT-in səlahiyyətləri daxilindədir”,- deyə Əli Həsənov vurğulayıb.
XS
SM
MD
LG