Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:19

Sabah Moskvada həmsədrlərin görüşü gözlənilir


Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfəri başa çatıb.

Amerikalı həmsədr Robert Bradtke, rusiyalı həmsədr Yuri Merzlyakov və onun yerinə təyin edilmiş İqor Popov bu gün Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı son vəziyyəti müzakirə edib, beynəlxalq hava limanında səfərlərin yekunu ilə bağlı jurnalistlərə acıqlama veriblər.

Amerikalı həmsədr Robert Bradtke bildirib ki, onlar sabah Moskvada tam tərkibdə müzakirələri davam etdirəcəklər.

Görüşdə Qarabağ problemi ilə bağlı növbəti addımlar müzakirə olunacaq. Avropada hava məkanı bağlı olduğundan Bakıya gələ bilməyən fransalı həmsədr Bernar Fasye birbaşa Moskavaya gedəcək.
XS
SM
MD
LG