Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Polşada erkən prezident seçkiləri iyunun 20-də keçiriləcək


Polşada erkən prezident seçkiləri iyunun 20-nə təyin olunub. Parlamentin mətbuat xidməti bildirib ki, spiker Bronislav Komorovski seçkinin tarixini bu gün təyin edib.

Rəy soğrularına görə baş nazir Donald Tuskun hakim Mərkəzi Platformasının namizədi - Komorovskinin seçkidə qələbə şansı böyükdür.

Mərhum prezident Kaçinskinin ekiz qardaşı Yaroslav Kaçinskinin müxalif mühafizəkar «Qanun və Ədalət» partiyasının isə öz namizədini şənbə günü élan edəcəyi gözlənilir.

Partiyanın bəzi üzvləri Kaçinskini dəstəkləyəcəklərini bildiriblər, lakin özü hələlik seçkiyə gedib-getməyəcəyini açıqlamayıb.

Polşa prezidenti Lex Kaçinski aprelin 10-da Rusiyada təyyarə qəzasında həlak olub.
XS
SM
MD
LG