Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:35

Mirzə Sakitə Almaniyada 2 otaqlı mənzil verilib


Almaniyada yaşayan satirik yazar, «Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakitə Hamburq şəhərində iki oraqlı ev verilib. Bu barədə jurnalistin özü məlumat verib:

«Müalicəm davam edir, tezliklə alman dili kursuna da getməyi planlayıram. Səhhətim çox yaxşıdır. Azərbaycanda olanda yuxusuzluqdan əziyyət çəkirdim, burda çox yaxşı yatıram».

Martın 11-dən Almaniyada olan satirik yazarı bu ölkəyə Hamburq Siyasi Məhbusların Müdafiəsi Cəmiyyəti dəvət edib. O, bir il Hamburq şəhərində yaşayacaq.

Satirik martın 18-də prezidentin əfv fərmanı ilə həbsdən çıxmış qardaşı, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidlə görüşəcəyini deyib: «May ayında Qənimətin Almaniyaya səfəri gözlənir. Hamburqda Gerd Buserius adına «Şərqi Avropada azad mətbuat» mükafatının təqdimat mərasimi olacaq. Qənimət mükafata layiq görülmüş köşə yazarı Şahvələd Çobanoğlu və ANTV-online internet televiziyasının nümayəndəsi ilə birlikdə gəlməyi planlaşdırır».

2006-cı il iyunun 23-də həbs edilən, qeyri-qanuni narkotik maddə saxlamaqda ittiham olunaraq 3 il iş alan M.Sakit Milli Məclisin 2009-cu il martın 17-də qəbul etdiyi amnistiya aktına əsasən, həmin il aprelin 9-da cəzasının çəkilməmiş hissəsindən azad olunub. /Mediaforum/
XS
SM
MD
LG