Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Tovuzda yol qəzasında 8 nəfər ölüb, 12 nəfər xəsarət alıb


Tovuz rayonunda iki sərnişin avtobusu toqquşub, ölən və yaralananlar var.

Bu barədə «APA»ya Respublika Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Hadisə bu gün səhər saat 07.00 radələrində Bakı-Qazax-Gürcüstan magistral yolunun 418-ci kilometrliyində, Tovuz rayonu ərazisində qeydə alınıb. «Qırmızı körpü» istiqamətində hərəkət edən sərnişin avtobusu Bakı istiqamətində hərəkət edən «Mercedes» markalı sərnişin mikroavtobusu ilə toqquşub. Qəza nəticəsində 8 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

İlkin ehtimala görə, qəzaya səbəb sürücülərdən birinin yuxulu olması olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG