«Heydər Əliyevin apardığı siyasət səhv olub?». Bu sualı «Zerkalo» qəzetinin siyasi şərhçisi Rauf Mirqədirov anti-amerika ritorikası ilə seçilən iqtidar nümayəndələrinə ünvanlayır. AzadlıqRadiosunun «İşdən sonra» proqramında:
R.Mirqədirov hesab edir ki, Azərbaycan sadəcə ABŞ–ın yeni administrasiyası ilə münasibət qura bilməyib:
- Hakim partiyanın nümayəndələri unudurlar ki, il yarım bundan qabağa qədər aparılan siyasət Heydər Əliyevin siyasəti olub. Onda gərək desinlər ki, Heydər Əliyevin illərlə apardığı siyasət səhv olub. Danışıqlar dünən başlamayıb, Buş administrasiyası dövründən başlanıb. Mən düşünürəm ki, mus -mus deməkdənsə birdəfəlik Mustafa demək lazımdır. Heydər Əliyev siyasi arenadan gedəndən sonra yenilik gətirmək lazım deyildi, bütün münasibətlər qurulmuşdu, heç bir problem də yox idi. Sadəcə yeni administrasiya ilə münasibət qura bilməmişik.
Verilişin digər qonağı Rövşən İbrahimov isə deyib ki, Azərbaycan öz gücünü Amerikaya göstərməyə çalışır:
- Öz gücünü, varlığını kiməsə göstərmək istəyirsənsə, güclü tərəfə göstərirsən. Hər bir ölkənin bu dövrü olduğu kimi Azərbaycan da bu mərhələni yaşayır. Siyasətin özü ritorikadan ibarətdir. Mən hesab etmirəm ki, Azərbaycan o gücdə olan ölkədir ki, hər hansı dövlətlə münasibətləri pozsun. Qarşımızdakı qüvvə çox güclüdür, amma ola bilsin mərkəzləşmiş siyasət var.
Siyasi şərhçi Rüstəm Seyidov isə bildirib ki, Azərbaycan heç yerdən kömək gözləməməlidir:
- Azərbaycan problemlərini özü həll etməlidir. İstənilən xarici ölkənin siyasi rəhbərliyi öz xalqı qarşısında cavabdehdir. Türkiyə bizə kömək edən dövlətdir, amma kritik vəziyyətə çatanda əvvəl öz xalqını düşünəcək. Mən Azərbaycanda korrupsiyadan savayı daxili siyasət görmürəm. Kimin imkanı var çalışır pul oğurlasın. Tamamilə məntiqidir ki, Amerika kömək etmək istəmir.
Ekspertlərin fikrincə, parlamentdə Birləşmiş Ştatların ünvanına səslənən fikirlərdə keyfiyyət naqisliyi var. Rövşən İbrahimov daha keyfiyyətli diskursun ortaya gəlməsi üçün rəqabət şəraitində formalaşan siyasi elitanın vacibliyindən danışıb.
BURADAN DİNLƏYİN
/Hazırladı Gülər Qasımova/
MƏSƏLƏYƏ MÜNASİBƏTİNİZİ BURADA BİLDİRİN
R.Mirqədirov hesab edir ki, Azərbaycan sadəcə ABŞ–ın yeni administrasiyası ilə münasibət qura bilməyib:
- Hakim partiyanın nümayəndələri unudurlar ki, il yarım bundan qabağa qədər aparılan siyasət Heydər Əliyevin siyasəti olub. Onda gərək desinlər ki, Heydər Əliyevin illərlə apardığı siyasət səhv olub. Danışıqlar dünən başlamayıb, Buş administrasiyası dövründən başlanıb. Mən düşünürəm ki, mus -mus deməkdənsə birdəfəlik Mustafa demək lazımdır. Heydər Əliyev siyasi arenadan gedəndən sonra yenilik gətirmək lazım deyildi, bütün münasibətlər qurulmuşdu, heç bir problem də yox idi. Sadəcə yeni administrasiya ilə münasibət qura bilməmişik.
Həmçinin oxu