Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:15

"Economist": Gül Ərdoğana qarşı gedə biləcəkmi?


SİMVOL PREZİDENT

“Economist” jurnalı yazır ki, prezident Abdulla Gülün zövqlə bəzədilmiş ofisi bu günün Türkiyəsi haqqında çox şey “deyir”.

Geniş pəncərədan Ankaranın gözəl mənzərəsi açılır. Divardan Osmanlı dövrünün erməni rəssamı Ayvazovskinin rəsmi asılıb.

Gülün sələfi, keçmiş prezident Əhməd Necdət Sezərin dövründə Ayvazovskinin rəsmini anbarda toz basmışdı.

Çox qapalı adam təsiri bağışlayan Sezər keçmiş hakim idi, çox nadir hallarda xarici səfərlərə gedirdi.

Abdulla Gül isə artıq prezident kimi 60-dan çox ölkədə olub. Dindarlığını gizlətməyən, amma hələ də qərbyönümlü və azad bazar iqtisadiyyatının tərəfdarı olan Gül ölkəsinin qlobal ambisiyalarını simvolizə edir.

GİZLİ SAVAŞ BAŞLAYIB?

Gülün dünyada mötədil siyasətçi imici var. Çılğın baş nazir Rəcəb Tayib Ərdoğandan fərqli olaraq ondan heç kim emosional çıxışlar eşitməyib.

Əgər Ərdoğan Davos forumunda İsrailə ağır ittihamlar yağdırırsa, Gül xarici işlər naziri olduğu illərdə belə populist çıxışlardan uzaq olub. Bir növ Ərdoğanı “balanslaşdırıb”.

Amma “Economist” jurnalı yazır ki, Güllə Ərdoğan arasında “elan edilməmiş müharibə”nin əlamətləri gözə çarpır. Ərdoğan prezident olmaq isəyir, Gül isə bu postu güzəştə getmək istəmir.

PREZİDENT ÖZÜ DƏ BİLMİR

Problem ondadır ki, Gülün iş başında neçə il qalacağı bilinmir. “Mən özüm də bilmirəm ki, neçə ilim qalıb” – deyə o bildirir. Məsələ ondadır ki, Gül prezident seçilərkən onun və eyni zamanda Ərdoğanın partiyası olan AKP parlamentdə prezidentin 1 dəfə 7 illiyinə yox, 2 dəfə 5 illiyinə seçilə bilməsi haqda qanun layihəsi müzakirəyə çıxardı.

İndi Gül də ya 2014-cü ilə qədər vazifə başında qalıb 2014-cü ildə prezidentlikdən getməli, ya da 2012-ci ildə yeni prezident seçkiləri keçirilməlidir.

Hüquqşünasların fikri haçalanlır, amma “Economist” jurnalı yazır ki, yəqin ki, bu məsələdə siyasətçilərin sözü həlledici olacaq.

AKP HÖKUMƏTİNDƏ PARÇALANMA TƏHLÜKƏSİ?

Jurnalın yazdığına görə, Gülün tərəfdarları onun bir dəfə də prezident seçilməsini istəyirlər. Ərdoğanın adamları isə bu vəzifədə baş naziri görürlər.

Hətta prezidentin səlahiyyətlərini genişləndirmək cəhdlərinin də Ərdoğanın gələcək prezidentliyi üçün düşünüldüyünü deyənlər var. Ərdoğana yaxın mənbələr “vaxtilə prezidentlik Gülə güzəştə gedildi, indi isə onun Ərdoğanın xeyrinə güzəştə getməsinin vaxtıdır” deyirlər.

Gələn il Türkiyədə parlament seçkiləridir və əgər AKP yenə böyük üstünlüklə qələbə qazansa, Ərdoğan özünün prezidentlik ambisiyalarını reallaşdırmaq səylərini artıra bilər. Amma əgər Gül Ərdoğana qarşı çıxsa, onda nə olacaq? Bu partiyanı parçalaya və hökuməti dağıda bilər.

AKP rəsmiləri bu fərziyyələri gülünc adlandırırlar. Onlar deyirlər ki, AKP fərdlərin partiyası deyil, burada şəxsiyyətlərin ambisiyaları kənara qoyulub, çünki partiya ümmətçiliyə - icma qaydalarına əsaslanır.

Onlar deyirlər ki, Güllə Ərdoğan dostdurlar, AKP-ni birgə yaradıblar.

Amma “Economist” jurnalı yazır ki, hər şey gələn ilin parlament seçkilərində asılı olacaq. Əgər AKP nisbətən az səs toplasa, Ərdoğan prezidentlik ambisiyalarından geri çəkilə və Gül prezidentliyini 7 ilin sonuna qədər davam etdirə bilər. Jurnal yazır ki, bir şey aydındır: Türkiyədə müxalifət güclü deyil və belə olan halda AKP üçün təhlükə öz içində yarana bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG