Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) rəsmi icazə verilib-verilməməsindən asılı olmayaraq aprelin 25-nə təyin etdiyi aksiyanı keçirməkdə israrlıdır. AXCP sədrinin müavini Həsən Kərimov AzadlıqRadiosuna belə deyib:
«Aksiya ilə bağlı biz rəsmi müraciət eləmişik, müsbət cavab verilməsə də mitinq və ya piket, hər halda icazəsiz bir təbir keçirəcəyik».
Mitinq komitəsinin üzvü Əbülfəz Qurbanlı isə deyir ki, Bakı Şəhər İcra Hakimiyyətinin cavabından asılı olmayaraq partiyada mitinq hazırlıqları davam etdirilir.
AXCP ötən həftə Bakı Şəhər İcra Hakimiyyətinə seçki qanunvericiliyinin dəyişdirilməsi, sərbəst toplaşmaq azadlığının təmin edilməsi və Dağlıq Qarabağ ətrafında gedən danışıqların qeyri-müəyyənliyi ilə bağlı mitinq keçirmək üçün müraciət edib.
Partiya Azadlıq meydanı daxil olmaqla altı meydanda aksiya keçirmək istəyir.
Ötən həftə Müsavat Partiyası paytaxtda icazəsiz aksiya keçirməyə cəhd edib.
HƏMÇİNİN BAX:
Seçki ilinin ilk aksiyası dağıdıldı