Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:39

Yeni həmsədr - İqor Popov prezidentə təqdim edilib


Prezident İlham Əliyev aprelin 20-də ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

«Azərtac»ın məlumatına görə Y. Merzlyakov ATƏT-in Minsk qrupunun Rusiyadan olan yeni həmsədri İqor Popovu dövlət başçısına təqdim edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə edilib.

Popov 2005-ci ildən Rusiyanın Mozambikdəki səfiri və 2006-cı ildən paralel olaraq Rusiyanın Svazilend Krallığında səfiri vəzifəsini icra edib.

ATƏT-in Minsk qrupunun amerikalı və rusiyalı həmsədri bu gün Bakıda rəsmilərlə görüşür. Fransalı həmsədr Bernar Fasie isə bu dəfə Azərbaycana gəlməyib.

Həmsədrlər bundan əvvəl Yerevan və Xankəndində olublar.
XS
SM
MD
LG