Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:31

AXCP aprelin 25-də aksiya keçirməkdə israrlıdır


Azərbaycan Xalq Cəbhəsi Partiyası rəsmi icazənin verilib-verilməməsindən asılı olmayaraq aprelin 25-nə təyin elədiyi aksiyanı keçirməkdə israrlıdır. AXCP sədrinin müavini Həsən Kərimov AzadlıqRadiosuna belə deyib :

«Aksiya ilə bağlı biz rəsmi müraciət eləmişik, müsbət cavab verilməsə də mitinq və ya piket, hər halda icazəsiz bir təbir keçirəcəyik».

Mitinq komitəsinin üzvü Əbülfəz Qurbanlı deyir ki, icra hakimiyyətinin cavabından asılı olmayaraq partiyada mitinq hazırlıqları davam etdirilir.

AXCP ötən həftə Bakı Şəhər İcra hakimiyyətinə seçki qanunvericiliyinin dəyişdirilməsi, sərbəst toplaşma azadlığının təmin edilməsi və Dağlıq Qarabağ ətrafında gedən danışıqların qeyri-müəyyənliyi ilə bağlı mitinq keçirmək üçün müraciət edib.

Partiya Azadlıq meydanı daxil olmaqla altı meydanda aksiya keçirmək istəyir. .
XS
SM
MD
LG