Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:02

Türkiyə İranla Qərb arasında vasitəçilik etmək istəyir


Türkiyə İranla Qərb arasında nüvə proqramı ilə bağlı vasitəçilik etməyə hazırdır.

Tehranda rəsmi səfərdə olan Türkiyənin XİN Əhməd Davudoğlu belə deyib. Davudoğlu bildirib ki, Türkiyə mübahisənin diplomatik yolla həllini bərpa edə bilər - İranın zənginləşdirilmiş yanacaq alması müqabilində xaricə uran göndərməsi hesabına.

Davudoğlu bunu iranlı həmkarı Manuçöhr Mottaki ilə birgə mətbuat konfransında deyib. İran rəsmisi türk nazirin son təklifinə şərh verməyib.

Qərb İranın nüvə silahı hazırlayacağından ehtiyatlanır.
XS
SM
MD
LG