Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:51

Minsk Qrupunun yeni həmsədri təyin olunub


İqor Popov
ATƏT-in Minsk Qrupunun yeni rusiyalı həmsədrinin adı məlum olub. «APA»nın məlumatına görə, bu, İqor Popovdur.

İ. Popov aprelin 20-də səhər saatlarında əvvəlki həmsədr Yuri Merzlyakovla birlikdə Bakıya gəlib.

İqor Valentinoviç Popov 1954-cü ildə anadan olub. 1976-cı ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. İngilis və portuqal dillərini bilir. 1981-ci ildən XİN sistemində çalışır. Nazirliyin Mərkəzi Aparatında və xarici nümayəndəliklərdə müxtəlif diplomatik vəzifələrdə çalışıb. 2000-ci ildə MDB ölkələri Birinci Departamentinin direktor müavini təyin olunub. 2-ci dərəcəli fövqəladə və səlahiyyətli səfir rütbəsi var.

Popov 2005-ci ildən Rusiyanın Mozambikdəki səfiri və 2006-cı ildən paralel olaraq Rusiyanın Svazilend Krallığında səfiri vəzifəsini icra edib.

Həmsədr kimi Azərbaycana son dəfə səfər etməsindən təəssüfləndiyini ifadə edən Yuri Merzlyakov isə Bakıda ciddi müzakirələr aparacaqlarını deyib.

Amerikalı həmsədr Robert Bradtkenin bu gün günorta saatlarında Bakıya gələcəyi gözlənilir. Fransalı həmsədr Bernar Fasie isə bu dəfə Azərbaycana gəlməyəcək.

Həmsədrlər Azərbaycan rəsmləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dair müzakirələr aparacaqlar.

Həmsədrlər bundan əvvəl Yerevan və Xankəndində olublar.
XS
SM
MD
LG