Keçid linkləri

2025, 17 İyul, Cümə axşamı, Bakı vaxtı 04:55

Əfqanıstana dair konfrans iyulun 20-də keçiriləcək


Əfqanıstanla bağlı növbəti beynəlxalq konfrans iyulun 20-də keçiriləcək. ABŞ Dövlət katibi Hillari Klinton bu konfransda iştirak etməyi planlaşdırır.

Bu barədə ABŞ-ın Əfqanıstandakı xüsusi nümayəndəsi Riçard Holbruk deyib.

O bildirib ki, Kabil konfransı xarici işlər nazirlərinin mayın sonuna təyin olunmuş görüşünü əvəzləyəcək.

Konfransdan əvvəl əfqan prezidenti Həmid Kərzayinin may ayında Vaşinqtona səfəri gözlənilir.
XS
SM
MD
LG