Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 18:55

Kaçinskinin ölümündən sonra Rusiya ilə Polşa münasibətlərin bərpasına çalışır


Rusiya ilə Polşa münasibətlərin bərpası istiqamətində addımlar atmağa hazırlaşırlar. Prezident Kaçinskinin dəfn mərasimində iştirak edən Rusiya prezidenti Dmitri Medvedev deyib ki, bu faciə həm həm də hər iki ölkənin xalqlarını bir-birinə yaxınlaşdıra bilər.

Bundan bir qədər sonra elan edilib ki, Polşada prezident vəzifəsini icra edən Bronislav Komorovski Medvedevin İkinci Dünya müharibəsində qələbənin ildönümünü Moskvada birlikdə qeyd etmək təklifini qəbul edib.

Polşa ilə Rusiya arasında münasibətlər uzun illərdir ki, gərgindir. Xüsusilə də Sovet ordusunun minlərlə Polşalı zabiti Katında qətlə tərərlər arasında uzunmüddətli polemika mövzusu olub. Polşa prezidenti Lex Kaçinski də aprelin 10-da Katın qurbanlarının yadetmə mərasimi üçün Rusiyaya gedərkən, Sverdlovskdə təyyarə qəzasında düşərək 95 nəfərlə birlikdə həlak oldu.
XS
SM
MD
LG