Yaponiyanın avtomobil şirkəti Toyota ABŞ hökumətinin tələb etdiyi 16.4 milyon dollar cəriməni ödəməyə hazır olduğunu bildirib. ABŞ hökuməti şirkəti maşınlarında pedal qüsuru haqqında vaxtında münasib məlumatlar verməməkdə suçlu bilir.
Aprelin 19-da Toyota qanunları pozması haqqında ittihamı rədd edib, ancaq cəriməni də ödəməyə hazır olduğunu deyib.
Yanvar ayında Toyota Camry və Corolla avtomobillərində qaz pedalında qüsurlara görə 2.3 milyon ədəd maşını geri çağırıb.
Toyota son aylar dünyanın müxtəlif ölkələrindən səkkiz milyona yaxın maşını müxtəlif təhlükəsizlik problemlərinə görə geri çağırıb.