Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:02

İran təzə nüvə zavodu tikir


İranın prezidenti Mahmud Əhmədinejadın yaxın köməkçilərindən biri bildirir ki, ölkəsi yeni nüvə zavodu tikməyə başlayır. Mojtaba Samareh Haşemi bu gün İLNA agentliyinə deyib ki, artıq prezident yeni zavod üçün yer ayrılması barədə fərmanı da imzalayıb və tikinti də başlayıb.

Hazırda Natanz zavodunda uranı zənginləşdirən İran keçən ilin noyabrında elan edib ki, ölkənin daha 10 şəhərində yeni zavodlar tikərək nüvə proqramını genişləndirəcək.

Tehran israrla bu proqramının dinc məqsədli olduğunu bildirir. Amma ABŞ və Avropa ölkələrinin çoxu İranın bununla nüvə silahı əldə etmək istəməsindən narahatdırlar. Ona görə də hazırda BMT-nin Təhlıükəsizlik Şurasında İrana qarşı dördüncü sanksiyaların qəbul edilməsi müzakirə edilir.
XS
SM
MD
LG