Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyev sığındığı Qazaxıstanı da tərk edib. Qazaxıstanın Xarici İşlər Nazirliyinin sözçüsü İlyas Omarov Bakiyevin hansı ölkəyə getdiyindən xəbərsiz olduğunu deyib:
- Bildiyiniz ki, Kurmanbek Bakiyev bir qədər əvvəl Qazaxıstanın cənubunda Taraz şəhərinə gəldi. Amma hazırda o, bizim ölkənin ərazisini tərk edib. Mən onun hara getdiyini deyə bilmərəm. Çünki özü bu barədə heç nə deməyib. Amma o, ötən həftəsonu Qazaxıstandan gedib.
Bakiyev müxalifət tərəfdarları ilə hökumət qüvvələri arasında 80-dən çox adamın ölümü ilə nəticələnmiş toqquşmalardan sonra aprelin 7-də Bişkeki tərk edib, doğulduğu Teyit kəndinə, aprelin 15-də isə Qazaxıstana sığınmışdı. Orada istefa ərizəsi yazan Bakiyevin hazırkı yeri məlum deyil. Amma ona Belorus prezidenti Lukaşenkonunun siyasi sığınacaq təklif etdiyi haqqında qeyri-rəsmi xəbərlər var.
Amma Belorusun Qırğızıstandakı səfiri bu gün Bişekekdə səfirliyin qarşısında etiraz aksiyası keçirən adamlara bildirib ki, Bakiyev onun ölkəsində deyil.