Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:21

Qırx il maya tək gəzmə, bir il nər kimi gəz sən!


Ramiz Əskər
Ramiz Əskər
«Qırx il maya tək gəzmə, bir il nər kimi gəz sən!» Bu sətirlər türkmən şairi Molla Nəfəsindir. Şairin 200 illiyi ərəfəsində bir qrup Azərbaycan ziyalısı onun şeirlərini könüllü çap etdirmək qərarına gəlib.

Türkmənistanın «Miras» Milli Mədəniyyət Mərkəzi şairin yenicə çapdan çıxmış kitabının elektron variantını Bakıya göndərib. Qısa vaxt ərzində iş tamamlanıb. Tərtibçi prof. doktor Annaqurban Aşırov, kitabı türkməncədən uyğunlaşdıran və ön sözün müəllifi Ramiz Əskər, həmçinin redaktor Əli Şamil bu işi təmənnasız görüblər. «Min bir mahnı» nəşriyyatı da kitabı pulsuz çap edib. «İz»in bu dəfəki qonağı 7-12 aprel tarixində Türkmənistanda keçirilən «Molla Nəfəs və X1X əsrdə türkmənlərin həyatı» Beynəlxalq konfransının iştirakçısı tanınmış türkoloq Ramiz Əskərdir.

- Ramiz bəy, eşitdik Türkmənistandan qayıtmısınız. Lütfən, səfərinizin məqsədini açıqlayın.

- Bəli, mən Türkmənistandaydım. Bu ölkədə Molla Nəfəsin 200 illik yubileyi keçirilirdi.

- Kim idi Molla Nəfəs?

- Molla Nəfəs türkmən ədəbiyyatında çox mühüm yer tutan şəxsiyyətdir. 1810-cu ildə doğulub, 1862-ci ildə dünyasını dəyişib. Ona «eşq mülkünün şahı» deyirlər. Yaradıcılığı başdan-başa lirikadan ibarətdir. Bir az da dini-didaktik məzmunlu, ictimai-siyasi məzmunlu şeirləri var. Amma əsas ağırlıq lirikadadır. O, Məhtumqulunun şagirdi, ardıcılı, davamçısıdır. Türkmən klassik ədəbiyyatının 3-5 ismindən biridir. Orada biz Azadini tanıyırıq - Məhtumqulunun atasını, sonra Məhtumqulu özüdür, Əndəlib, Kəminə, Molla Nəfəs, Məğrubi, Zəlili-- yəni XV11-XVIII əsr klassikləridir—bu dövrə türkmən ədəbiyyatının qızıl dövrü deyilir. Prezidentin fərmanı ilə 2010-cu il Türkmənistanda Molla Nəfəs ili elan olunmuşdu. Çox böyük tədbirlər keçirildi, o cümlədən bizim iştirak etdiyimiz beynəlxalq elmi konfrans.

- Kimlər qatılmışdı Azərbaycandan?

- Dünyanın hər yerindən gəlmişdilər. Azərbaycandan—folklorşünas alim Əli Şamil, «Min bir mahnı» nəşriyyatının direktoru Rafiq Babayev, Şərqşünaslıq İnstitutundan Elmira Məmmədli və mən qatılmışdıq. Getdik Marıya. Molla Nəfəs Marıda döğulub, biz onu Mərv kimi tanıyırıq. Marıda təyyarədən düşdük. Siz xatırlayırsınızmı L.İ. Brejnevi Azərbaycanda necə qarşılayırdılar?

- Xatırlamaya bilərəmmi?!


- Hə, bizi elə qarşıladılar. Yallılarla, rəqslərlə, xüsusi təntənəylə, cah-cəlalla... Milli geyimdə oğlanlar-qızlar, rəqs edənlər, oxuyanlar. Əllərdə məcməyi, duz-çörək, şirniyyat və s. Otelə yerləşib Molla Nəfəsin abidəsinə əklil qoymağa gəldik. Gördük burda daha böyük qələbəlikdir. Bəlkə, 50 min adam var. Sonra tədbirin özü başladı. Açılış oldu. Prezidentin təbrikini oxudular. İlk sözü mənə verdilər.

- Doğrudanmı, yəni dediyim odur ki, səbəbi nə idi bu birinciliyin?

- Çünki Molla Nəfəsin iki kitabını çap eləmişdik. Birinci kitab – «Bu məkana gəlmişəm» 160 səhifə, 10 çap vərəqi həcmindədir. Kitaba ön söz yazdım, 50 ədəd də Təşkilat Komitəsinə göndərdik, kitabxanalara, mütəxəsislərə payladıq. Sonra məlum oldu ki, Molla Nəfəsin gözəl şeirləri qalıb, həcmə görə hamısını verməmişdik. Onları da tərcümə elədim—240 səhifəlik bir kitab oldu, onu da çap edib özümüzlə apardıq. Yerli mətbuatda məqalələr yazdım. Ankaraya - Avrasiya Yazıçılar Birliyinə Molla Nəfəs barədə məlumat verdim. Onlar tanımırdılar Molla Nəfəsi. Şeirlərini, poemasını və ön sözü çevirib göndərdim onlara. Jurnalın mart nömrəsi Molla Nəfəsə həsr olundu. Mən Məhtumqulunun şeirlərini də hazırlamışam. Düzdür, hələ çap olunmayıb. Sponsoru yoxdur. Çox böyük kitab olacaq—448 səhifə. Onun da maketini götürmüşdüm. Və gələn il də Əndəlibin 350 illiyidir. Onun kitabını da hazırlayıram. Fikrim var ki, «Klassik türkmən ədəbiyyatı antologiyası»nı da nəşr etdirim. Yəni bunlardan türkmənlərin xəbəri vardı.

- Yubiley necə qeyd olundu?

- Çox dəbdəbəli. Getdik Molla Nəfəsin kəndinə də çıxdıq. Bayraməli şəhərinə yaxın bir yerdədir. Orda da təntənə, dəbdəbə. Türkiyədən gələn qonaqlar çaşırdılar. Deyirdilər biz belə yubiley keçirə bilmərik. Hər ay o ölkədə bir simpozium keçirilir. Türkmən atı, türkmən köpəyi, türkmən neyi və s. Sonra onlar Aşqabadın davamı kimi bir paytaxt tikiblər. Daha bizim kimi orda-burda biri hündür biri alçaq, biri köndələn, biri əyri binalar deyil. Tam milli memarlıq üslubunda, hamısı da ağ mərmərlə üzlənib. Hətta deyirlər bir dəfə prezident hazır binanın yanından keçirmiş. Dayanıb deyib ki, sökün, bu mərmərin damarı var. Yəni bəmbəyaz mərmərlə tikilmiş bir şəhərdir, adına da ağ şəhər deyirlər. Böyük parklar salınıb—Azadlıq parkı da var. Heykəllər—türk dünyasının bütün qəhrəmanları ordadır—Mete, Atilla, Koroğlu...hamısı da nəhəng heykəllərdir. Qeyri-adi, əfsanəvi bir şəhər olub.

- Ramiz Əskər «türk dünyasının iki şəhərinin çox böyük gələcəyi var» deyərkən hansı şəhərləri nəzərdə tuturdu?

- Türkmənlər prezidentlərini niyə «mehriban» adlandırırlar?

- Qonağımız ölkədə insan haqlarının vəziyyətiylə bağlı sualı necə cavabladı?

- Türkmən prezidenti necə işləyir, nələr bacarır, özünü xalqa sevdirmək üçün hansı üsullardan yararlanır?

- İxtisasca həkim olan ölkə başçısının yazdığı kitab nəyə həsr olunub?

- Ramiz Əskəri türkmən qızlarının hansı xüsusiyyəti təəccübləndirdi?

- Daha hansı ölkələr Molla Nəfəsin kitabını nəşr etmişdilər?

- Qonağımız türkmənlərin etnik tərkibi barədə nələr dedi?

- Molla Nəfəsin şeirləri Ramiz Əskərin ifasında necə səslənir?

ƏTRAFLI DİNLƏYİN
XS
SM
MD
LG