Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Fərhad Məmmədov "NEYRATRON LAYİHƏSİ" (Hekayə-sonu)


ƏVVƏLİ BURDA

V

NEYRATRON LAYIHƏSİ- YEKUN KONFRANS

Əla işıqlandırılmış konfrans otağı müxtəlif tip insanlarla dolu idi.

Otağın bir ucundan digər ucuna kimi uzun dəyirmi masa uzanırdı...

Masanın sol tərəfində ağ xalatlı alimlər, professorlar və çox güman ki, namizədlər digər tərəfində isə yüksək çinli zabitlər, pərdə arxasında qalan naməlum dövlət xadimləri, xüsusi orqanların polkovnikləri və digər qeyri-elm sahəsinin lakin elmə birbaşa nəzarət edən nümayəndələri əyləşmişdi.

Hər kəsin diqqəti dəyirmi masanın önündə quraşdırılmış ağ yazı lövhəsi və sinovizyonun yaxınlığında durmuş düzbucaq formasında olan eynək tağmış, Kortez tipli ağ saqqal saxlayan, uzun və daranmamış şülküt saçlı professor Cəmilzadənin nitqində idi...

Konfrans otağı elə bir yerdə baş tutmuşdu ki, ora heç bir media nümayəndəsi və ya axmaq “burunlar” girə bilməzdi, otaqda quraşdırılmış xüsusi qurğular, o cümlədən yeni tip SKELLER və SKREMBLER-lər otaqda səslənənlərə ətrafdan qeyri-qanuni qulaq asılmasını mümkünsüz edirdi.

- Hörmətli zabitlər, hörmətli politoloqlar, iqtisadçılar və kolleqalar...Bu gün Sizləri son illərdə əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri ilə tanış edəcəyəm...- polkovniklərdən birinə baxaraq həyacanla – yoldaş polkovnik, bizdə alındı...baş tutdu...

Həddindən artıq dolu polkovnik, bir qayda olaraq diqqəti nəiləsə məşğul olanda hər zaman vərdiş etdiyi kimi sağ qolu sol qolunun üstünə qoyub, sağ əlinin ovucu ilə ağzını örtərdi...reaksiya verməli olduğundan əllərini çəkib, gülümsəyərək, sakit lakin vahiməli komandir səsi ilə- Təbrik edirəm, professor- professor Cəmilzadə.

- Bu gün nəticələr yekun olduğundan görürəm ki, aramızda onlarla yeni simalar var, və çox güman ki, layihənin məğzi və təfərrüatları haqqında çox az məlumatlıdırlar. Ona görə hesab edirəm ki, həqiqəti ilkin mənbədən eşitmək daha məqsədəuyğun olar.

Yoldaşlar Sizin izninizlə mən hər şeyə əvvəldən başlayım.- öz həmkarlarına tərəf baxaraq özünəməxsus şəkildə formal gülüş səsləri çıxartmağa başladı...- Sizi başa düşürəm, indi fikirləşirsiz ki, mən burada danışacağam, siz isə heç bir şey anlamayacaqsız...Lakin ötən konfransımızda iştirak edənlər bilirlər ki, mənim heç də disertasiya vermək fikrim yoxdur...

Biz alimlər gərəl preskriptivist deyil deskriptivizt olaq...yəni vacib olan mürəkkəb cümlələrlə, elmi ifadələr və terminaloqiya ilə danışmaq deyil, əsas məsələ fikri istənilən vasitə ilə çatdırmaqdır.

Bu praktikada da özünü doğruldub...müqayisə etmək üçün qərb və post-sovet elmi sistemini müqayisə etmək kifayətdir...hər şeyi təhsildən başlamaq lazımdır...- qara kostyumlu dövlət xadimlərindən biri işarə vasitəsi kimi səsli şəkildə boğazını boşaltdı...professor quşu göydə tutub özünü itirmədi, amma çox güman ki, bu işarəni edən elə təhsilə cavabdeh “kölgə” idi.

- Nəisə...deyəsən bir qədər uzaqlaşdım...Neyratron layihəsi...Neyraton.

Əvvəllər bu konfransda iştirak etməmiş zabitlərdən biri, nitqə müdaxilə edib.

- Professor, neytron bombası yaratmısız...- gülümsəyərək... bunu axı artıq ixtira ediblər, hətta qadağan da ediblər, heç bir partlayış vermir...yalnız ətrafa radiasiya yayır.

- Yoldaş zabit,- ulduzlarını sayıb, özünü yığdı, əvvəl mayor olduğunu hesab etsə də, ayparanın ölçüsündən generalla danışdığını başa düşdü, özünü yığdı, yoldaş general Siz səhv eşitdiz, neyratron-un neytronla əlaqəsi yoxdur, onun işi yalnız neyronladır- insan beyni təşkil edən hüceyrə...
General axmaq vəziyyətə düşməmək üçün gülümsəyərək.

- Bunu vaxtında de də, məllim.

Konfrans zalını bir neçə saniyəlik möhkəm gülüş bürüdü... Ara sakitləşdiyini görən professor yenidən nitqinə davam etdi...

- Sözün düzü, ilk baxışdan, doğrudan da, bir silah kimi səslənir, amma bu bilavasitə bir silah deyil, sistematik ötürücü vasitəsidir...

Başlayım əvvəldən...Keçən il bizim Amerikalı kolleqalarımız, Luiziana ştatının nevroloji tədqiqat heyətinin üzvləri bir neçə il öncə dəhşətli avtomobil qəzası keçirmiş bir orta yaşlı amerikan xanımı üzərində xüsusi tədqiqat aparmışdılar...

Xanım bu qəzada hər iki övladını itirmiş, həyat yoldaşı isə iki illik komadan sonra vəfat etmişdi. Xanım qəzadan bir il keçmiş depresiyadan çıxmağı qərara almış və əvvəlki işinə qayıtmışdır...

Lakin özündən asılı olmayaraq, dediyinə görə, onun düşüncələrinin hər on saniyəsinin üçü həmən hadisəyə aid olur...

Qəza gözünün qabağına gəlir və nəticədə harada olursa olsun, ətraf temperaturdan asılı olmayaraq, təzyiqi aşağı düşür, bir sözlə qadın ictimai yerlərdə uzun müddət qala bilmir...halı özündən gedir. Psixoloqlar, Çin təbabəti, qeyri-tibbi vasitələr...bunlar heç biri fayda vermir.

Nəhayət elə olur ki, qadınla Luisiana ştatının bu vaxta qədər tədqiqatlarını siçovullar üzərində aparan nevroloqlarının motivləri üst-üstə düşüb, qadına xüsusi səs boğucu otağa daxil ediblər, ətraf hər yer ağappaq olub, otaqda yalnız bir tam ağ kreslo yerləşib...

Kresloda oturandan sonra, xanıma profonol adlanan iynə vurublar ki, bu da insanın beynində emosiya yaradan mindalin vəzinin fəaliyyətini passivləşdirir...yəni insan həyacan keçirmir...

İynənin beş dəqiqəlik təsir müddəti ərzində qadından xahiş ediblər ki, həmən qəza haqında bir qədər ətraflı fikirləşsin olanları təfərrüatları ilə yadına salsın...

Bir neçə seansdan sonra qadının qəza yadına düşəndə o artıq heç bir həyəcan keçirməyib...

Bu ona görə baş verib ki, mindalin vəzi xüsusi maye ifraz etmədiyi zaman qadının qəzanı xatırlaması, onun beynində alternativ yaddaş neyronları formalaşdırıb, bura əvvəlki informasiya keçib lakin yaddaş hüceyrələri özlərini elə formalaşdırıb ki, onun fəaliyyəti zamanı yəni qəza yada düşən zaman mindalin vəzi heç bir maye ifraz etmir, nəticədə o heç bir həyəcan keçirmir...

Bir neçə müddətdən sonra isə bu hadisə artıq onun gözünün qabağına ümumiyyətlə nadir hallarda gəlməyə başlayıb, bunun da bir açıqlaması var ki, səbəb artıq emotsiaların heç bir rol oynamamasıdır,...əvvəllər onun tez-tez qeyri-iradi şəkildə yada düşməsinə səbəb...elə emosiaların özü idi....

Belə, ...bəs biz bundan nə kimi istifadə etdik.

Biz bu nailiyyətdən daha səmərəli və məqsədəuyğun şəkildə istifadə etməyi qərara aldıq. Belə ki, hesab etdim ki, biz süni şəkildə alternativ yaddaş yarada bilərik. Sınaqları viviseksiya yolu ilə- yəni heyvanların üzərində aparmaqla heç bir nəticə əldə edə bilməyəcəyimiz su kimi aydın idi... Ona görə də biz birbaşa insan üzərində təcrübə aparmağı qərara aldıq...

Lakin təcrübənin baş tutması üçün üzərində testlər aparılan şəxsin bundan heç bir xəbəri olmamalı idi...

Çox müşkül məsələ olduğundan, qərara aldıq ki, anesteziyada olan xəstələrdən birini xəstəxanadan qaçıraq, məlum idi ki, ürək damarlarında cərrahiyyə əməliyyatı aparılmış həmən şəxs – Sumqayıt şəhər sakini, coğrafiya müəllimi, Mövlud Əliyev, növbəti gün oyanmalı idi...Mövlud Əliyev ehtimal edildiyi kimi növbəti gün oyandı...

Oyanan kimi, ona təzyiqi qaldıran kafein iynəsi vurduq, lakin eyni zamanda ona xüsusi məst edici Eleksis dərmanı da yeritdik ki, ətraf şeylərə fikir verməsin. Daha sonra xəstənin başına xüsusi hazırladığımız visual kaska keçirdik, bu bir növ portal televizor kimidir, lakin fərqi ondadır ki, ətrafdakı səslər və görüntülər kaskaya daxil olmur...

Yalnız vizual kaskanın ekranında nə gedirsə o da görünür. Luisiana professorlarından fərqli olaraq emotsional hissləri və adrenalini qaldırmaq üçün antiprofonol tətbiq etdik ki bu da mindalin vəzinin ifrazatını sürətləndirir...

Xüsusi seçdiyimiz qorxulu hollivud filmlərindən bir vahiməli manyak surətini seçdik, bu ovçu idi...Lakin üzü yanıq, gözləri vulkan kimi qırmızı, qəribə səslər çıxaran bir insan ovçusu...

Çarxın gedişi zamanı manyak öz ov tüfəngi ilə meşədə üstünə hücum çəkən itləri və canavarları deşik-deşik edirdi. Çox qanlı və dəhşətli mənzərə idi...Bizim yaradacağımız yalançı yaddaşın baş tutub tutmamasını yoxlamaq üçün isə gərək əlavə bir direksiya təyin edəydik...

Ağlımıza belə bir şey gəldi ki, dəqiq saat amilindən istifadə edək, “saat dördün yarısı”, “gecə yarı”, “dördün yarısı”, “dəqiq dördün yarısı” deyə tez-tez bu sözləri visual effektlərin müşayəti ilə ona eşitdirirdik...

Təxminən beş seans keçirtdik...Ona yuxu dərmanı verib, yenidən xəstəxanaya göndərdik...Bütün testləri bir gecə ərzində həyata keçirdiyimizdən, gecə xəstənin harada olması heç kimi narahat belə etmədi...Yəqin edirdilər ki, ayaq yoluna çıxıb...

Növbənin baş həkiminə gəldikdə isə o, bu təcrübə haqqında əvvəldən məlumatlandırılmışdı. Elə xəstənin seçilməsinə o yardım göstərmişdi...dedi ki, ən “sakit” xəstələrdəndir...Bilsə belə şikayət etməz...

Professor dərindən nəfəs alıb, yorğunluğunu bir anlıq aldı, masanın üstündəki pultu qaldırıb başının üstündəki sinovizyona tutdu, otağın işıqları avtomatik olaraq söndürüldü...

Professorun hazırladığı slayd şou başladı, ilk öncə xəstənin üçün dördə şəkli, daha sonra xəstə təcrübə zamanı, xəstənin təcrübədən sonrakı görüntüsü, xəstənin yaşadığı yer, binanın peykdən görünüşü, binanın və ətraf ərazilərin ümumi planı, post patrul təyin edildikdən sonra ərazinin peykdən amma çox yaxın miqyasdan görünüşü və slaydlar professorun izahları ilə bir-birini əvəz etdi...

Slaydlar bitdikdən sonra...işıqlar yenidən yandı, professor masa arxasında əyləşənlərin işığa hələ alışmamış gözlərini büzüb, əlləri ilə uşaq kimi ovuşdurduqlarınını görəndə cani tək gülümsədi və nitqinə davam etdi...

Beləliklə, bizim Mövlud Əliyevə göstərdiyimiz film parçaları, ətraf səslər, müxtəlif sekresiya dərmanları onda özü tərəfindən yalançı yaddaş neyronları formalaşdırdı...yəni biz süni yaddaş yaratmağa nail olduq...

Artıq evə gedən gündən etibarən hər gecə , daha doğrusu səhər dördün yarısı, çöldən it səsləri, atəş səsləri eşidir...və bayıra çıxanda həmən ovçunu görür...

Sözün düzü hörmətli kolleqalar, hörmətli zabitlər, bu təcrübə bizim gözlədiyimizdən çox bəhrə verdi...bizim məqsəd Mövlud Əliyevdə süni yaddaş yaratmaq idi, buna nail olduqda...lakin bizim ağlımıza da gələ bilməzdi ki, Mövlud bu süni yaddaşı bir infeksiya kimi başqalarına da keçirə bilsin...digər qonşulara heç bir antiprofonol vurulmadığı halda onlar da ovçunu gördüklərini iddia edirdilər...daha sonra post patrul xidmətinin iki çavuşu...

Vəziyyətin gərginləşməməsi üçün, yoldaş polkovnikin dəstəyi ilə, elə etdik ki, manyakın tutulması bütün Sumqayıt camaatına bildirilsin ki, ara sakitləşsin...Belə...bu qədər...

Bu böyük nailiyyətdir yoldaşlar.

Artıq bir dəfə monoloqa müdaxilə etmiş general yenidən söhbətə qoşuldu...

- Bütün bunları qoyaq bir qırağa...bizi bura yığmağınızın məqsədi nədir...Bunların bizə nə aidiyyatı var.

- Ayidiyyatı var, yoldaş general, həm də necə...Lakin siz mənim nitqimin mətnaltı ismarıcını tuta bilmədiz...Siz təsəvvür edin ki, neyratron layihəsindən hərbidə nə kimi məqsədlərlə istifadə oluna bilər...

Əsir düşmüş hər hansı bir düşmən zabiti və ya əsgəri, və ya ümumiyyətlə sivil vətəndaşı (düşmən tərəfdən) neyratrona məruz qoyuruq...

Bu dəfə iri dozalarla, həm də ovçu görüntülərinin yerinə, üzərində bizim bayraqlarımız əks olunun yüzlərlə tank, bete-er və s. hücüma keçdiyi görüntüsü, tankların uğultusu, bizim dildə marş mahnıları və səsləri...və yalnız dördün yarısı deyil, günün müxtəlif vaxtları...

Siz təsəvvür edin bu silahla biz nə kimi psixoloji üstünlüyə nail olarıq...- general bir neçə saniyə uzanmış fasilədən sonra, məsələni analiz edib dərk etmiş kimi başı ilə təsdiqə bənzər işarə etdi, heç kimin gözləmədiyi halda yerindən qalxıb, professora tərəf getdi, professorun əlini sıxıb onu təbrik etdi.

- Siz nə vaxtdan bizimlə əməkdaşlığa başlaya bilərsiz...düşmən “krolikləri” nə qədər istəyirsən...bircə vaxtı deyin...Nə lazım olsa çəkinməyin, dərhal yerinə yetirməyə hazıram...

Otaqdakılar konfransın bitdiyini görüb, dağılışmağa başladılar, namizədlər və professorlar Cəmilzadəni ətrafa alıb təbrik etməyə başladılar...Zabitlərin əksəriyyəti artıq otağı tərk etmişdi. Qəflətən otağına digər ucundan, tenor kişi səsi eşidildi...

- Professor bəs, o yazıq ölən qızın nə günahı var idi, bəs onu öldürən polis nəfərinin nə günahı var idi – deyə bayaqdan məqam axtara bir kapitan ayağa qalxdı.

Professorun əhvalının qaçdığı aydınca hiss olundu...Kapitanın üzünə baxıb bir qədər fikirləşdi...

- Məgər Siz, yoldaş zabit, belə bir məsəl eşitməmisiz?... “Elm qurban tələb edir”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG