Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:57

Fərhad Məmmədov "Neyratron layihəsi" (Hekayə-3)


ƏVVƏLİNİ BURDA OXU

*** *** ***

- Sənə nə olub, özündə deyilsən elə bil-deyə xidməti maşının sükanında əyləşmiş post patrul serjantı Əbülfəz soruşdu.

- Hər şey yaxşıdı...- bir qədər fasilə edib- Sən mənə de görüm, niyə təzədən bu xarabaya patrul təyin etdilər...demişdilər axı boş şey idi...- Əbülfəz oturacağa söykənib, üzünü Adilə tərəf çevirdi.

- Dünən qonşular yenə həmən ovçunu görüblər...

Eyni vaxtda səsə üç mənzildən oyanıb bayıra çıxıblar- işarə barmağını Adilin sağındakı pəncərə şüşəsinə tutub binadakı mənzilləri göstərməyə başladı- birinci blok ikinci mərtəbə, keçən dəfəki dayı, həmişəki kimi, üçüncü blok birinci mərtəbə, üçüncü blok üçüncü mərtəbə...

Dayının başına deyəsən hava gəlib nədi...özüylə eləmə tənbəllik ət baltası da gətirib çölə...

- Bəs axırı nə olub?

- Axırı o olub ki, təxminən eyni vaxtda çölə çıxan qonşular...dediklərinə görə dünən gecə dəhşət duman var idi...deyəsən hamsının başı xarab olub...mən özüm də bu yaxınlıqlarda yaşayıram amma səhər duranda tər təmiz hava var idi...nəisə, dediklərinə görə onlar gələndə, manyakın uzaqdan ancaq nimdaş plaşını görə bildilər, qaranlıq dumanda yox oldu...onu da gördülər ki, atəş açdığı it meyitini boynundan tutub öz arxasıyca sürüyürdü.

- Manyak yenə də atəş açıb.

- Hə...əvvəl yenə it ulaşmaları gəlib...sonra itlərin ani zingiltisi gəlib və elə bil hamısı təhlükəni hiss edib əkiliblər...Bir şey maraqlıdır ki, uzun müddət burada yaşamış sakinlər burada nadir hallarda itlərin gəzişdiyini bildiriblər...Gecə yarısı bu itlərin haradan çıxdıqlarını izah edə bilmirlər.

- Qan...-ağzından sözü təzəcə çıxartmışdı ki, Əbülfəz onu dərhal qabaqladı...elə bil əhvalatdan həzz alırdı.

- Qan izi, yerdə qalıb, lakin yalnız 10 metrə yaxın məsafədə uzanır...yan ikimərtəbəli binanın döngəsinə kimi. Elə bil həmən yerdən iti artıq qaldırıb, əl üstündə aparıblar.

- Hansı vaxtda peyda olub...dördün...-yenə də Əbülfəz gülümsəyərək.

- Dördün yarısı...yenə həmən vaxtda...

- Mən bir şeyi başa düşmürəm ki, niyə bu it ovçusu buları belə narahat edir...Hər gün dördün yarısı gəlmir, qoy gəlsin də...Bunun qonşulara nə isti soyuğu var...İstisi var ki, yatanları narahat edən itləri qovur...

Bunda pis və qorxulu nə var axı...Bizi də gecəynən göndərirlər bu dəlinin birini tutmağa
- Razıyam...amma mənə doğrudan da bunlar maraqlı gəlir...Ömrümdə manyak görməmişəm...

- Sən elə özün dəlinin birisən...Yaxşı smeni necə bölək?

- Qaqaş incimə, amma mənim vaxtım on üçdən altıya kimidir. Axırıncı dəfə səninlə naryadda olanda vaxtı sən seçmişdin...Bu dəfə mən seçirəm on ikidən üçə kimi sənsən.

- Nədir, yoxsa dördün yarsında hadisə yerində olmaq istiyirsən.

- Rəis tapşırıb ki, sabaha bu it oğlu itin ya ölüsü ya da dirisi hazır olsun. Onu özüm tutmaq istəyirəm. Eh..gərək dünən də patrul təyin edəydilər, düşərdim dalınca.

- Maşında yatacaqsan?- sualını təzəcə bitirmişdi ki, Adilin pəncərəsində peyda olan qara siluet hər ikisini diksindirdi...

Qara kurtkalı orta yaşlı şəxs aşağı əyildi ki, üzünü maşındakılar görə bilsin...pəncərəni döyməyə başladı.

Adil qapını açmaq əvəzinə pəncərəni aşağı saldı. Tutqun sifətli bu qərib adamın görünüşündən bəlli olurdu ki, ən azı üç gündür ki özünə baxmır, saçları daranmamış, üzünü qalın saqqal basmışdı...ağzından gələn spirt iyi isə Adili bir təhər etmişdi.

- Axşamınız xeyr...

- Nə lazımdı? – deyə Əbülfəz tanınmaz hal alıb acı şəkildə soruşdu

- Yandıranınız olmaz?- deyib gegirdi...qarnına yumruq dəymiş kimi əvvəl mədəsini sonra ağzını tutdu...Görünür mədəsində metabolizm lazımı şəkildə getmirdi...

Bir gün ərzində Adilin gördükləri və eşitdikləri kifayət edirdi ki onun bütün həyat planlarını alt-üst etsin...bircə o qalmışdı ki, onun üstünə qaytaraydılar...

Adili hiddət alovu bürümüşdü özünü qabağı verib əlini pəncərədən bayıra çıxartdı və yazıq kişini elə itələdi ki, üç metr aralıda səkiyə yıxıldı.

- Cındırın biri cındır...deyəsən KPZ-yə getmək istəyirsən...Nə qədər sənin aparmamışam itil cəhənnəm ol burdan. Kişi bir təhər ayağa qalxıb, axmaqcasına...

- Oldu rəis, əsəbləşmək nəyə lazım...Bu saat yoxa çıxıram...-deyə küçənin o başında gözdən itdi. Əbülfəz heç nə deməyib sadəcə özünəməxsus şəkildə gülümsədi, maşından çıxıb arxa oturacağın qapısını açdı və arxa oturacaqda uzandı...

Adil saata baxanda gördü ki, saat artıq birə beş dəqiqə işləyirdi.

- Mənim smenim başladı...Çıxıram bayra...Üçə qalmış görüşərik -deyə çölə çıxdı...

Həmişəki kimi ilk öncə binanın arxasını yoxlamaq məqsədilə iki binanı ayıran maşın yolu ilə irəlilədi. Bina sakinlərinin, başlıca olaraq birinci mərtəbədə yaşayanların bina boyunca kiçik, çəpərləri xüsusi rus mənşəli sarmaşıqlarla sarılmış “oqorod”ları var idi.

Çəpərin yaxınlığından keçəndə ilin hansı fəsli olmasından asılı olmayaraq möhtəşəm ətir, adamı məst edirdi. Elə Adil bunu bilib çalışırdı ki, çəpər boyunca hərəkət etsin. Artıq kiçik yol qurtardı, ona lazım olan binanın arxasına keçmək üçün sola dönməli idi.

Elə də etdi, binanın arxası elə acınacaqlı vəziyyətdə idi ki, sakinlərdən birinin evinə gələn qonağa binanın arxasını göstərsəydin atasının canına and içərdi ki, bu həmən bina deyil...

Binanın arxasında da kiçik lakin planda nəzərdə tutulmamış bağçalar yerləşirdi...Lakin binadan on-onbeş metrə aralı idi, arada qalan boşluq isə təyinatsız zibilliyə çevrilmişdi.

Bina sakinləri eləmə tənbəllik elə pəncərədən zibilləri aşağı vızıldadırdı.

Yer də kələ-kötür idi, bəzi yerlərdə kiçik kollar bitmiş, digər yerlərdə əsasən də daş-qayanın üstündə mamırlar çıxmış, qalan yerləri isə qalın zibil qatında aydın seçmək olmurdu...Hara da baxırdan salafan klyok idi, hətta bağların divarlarının qıraqlarında bitmiş yabani şam ağacların, küknar ağacının budaqlarında belə həmin ağ, qara salafanlardan görmək olardı...

Bir sözlə adamın ürəyi bulanırdı. Bu kələ kötür “Fermopil” keçidini bir təhər keçib binan digər ucuna çatdı...Gözünə heç bir şübhəli şey dəymədi...

Doğrusu Adil burda ən azı üç küçə itini görməyi gözləyirdi...

Lakin itlərdən əsər əlamət yox idi. Ətrafa sanki illər idi ki, canlı varlıq ayaq basmırdı. Birdən ağlına əla fikir gəldi...

İradə xanımın ona keçən ay hədiyyə etdiyi smart tipli mobil telefonu xidməti şalvarının cibindən çıxarıb, baş barmağı ilə telefonun üst hissəsini yuxarı doğru itələyib, menyuya girdi...

Qaranlıqda Adilin üzü açıq-aydın işıqlandırdı...Arxasındakı elektrik sütununa söykənib rahatca eşələnməyə başladı...Olduqca keyfiyyətli foksu olan kameranı seçib, gecə çəkilişi rejimini seçdi...

Ekranda ayağının altındakı KONTİ kağızı aydın şəkildə canlandı, gözləri ekranda telefonu sağa sola aparmağa başladı...Düzdür kamera bu rejimlə...reallığı canlandırmaqda gecikmələr etsə də, əksər statik şeylər və ya kiçik trayektoriyalı hərəkətləri lazımı şəkildə fiks edə bilərdi. Adil həmin manyakla qarşılaşsa nəyin bahasına olursa olsun onu videoya alacaq.

Nə əcəb, bu qonşuların ağlına gəlməyib...Kamera rejimindən çıxanda əli təsadüfən yes düyməsini basıb Şəkil qalereyası qovluğuna girdi, və dərhal ekranda Aydanın anası ilə birgə Nabranda dəniz fonunda çəkdirdikləri şəkil çıxdı...

Adil bunu Aydanın mobil telefonundan onun də xəbəri olmadan blutuzla göndərmişdi...Ürəyindəki ağrılar və sıxılmalar yenə öz sözünü deməyə başladı. Şəklin iki dəfə böyüdüb, zoom-u Aydanın üzünə uzatdı...

İpək kimi dümdüz qara saçları, nazik qara qaşları, qonur gözləri, nazik çənəsi, xəfifcə qızaran yanaqları, dəqiq formalı zərif burnu, bütün bunlar elə kompleks gözəllik təşkil edirdi ki, Yaradana istər istəməz həmd edirdi. Bu ailədə keçirdiyi günlər onun üçün həyatının əksər hissəsindən dəyərli və gözəl idi. Bir-birinin ardınca gələn fikirlər, köhnə xəyallar, xəyalların sınma nöqtələri, xəyaldan reallığa keçidlər, alternativ xəyallar, təsəlli verən xəyallar, səmərəli düşüncələrlə, xam xəyalların mübarizəsi – qulağına gələn it hürültüsü onu bu transdan oyatdı.

Telefonun saatına baxanda bir də gördü ki, saat üçə qalıb on beş dəqiqə. Adil hələ ömründə bu qədər çox xəyallarda uçmamışdı. Binanın əks ucundan dönüb yenidən binanın ön tərəfində peyda oldu...təxminən otuz beş-qırx metr məsafə aralıda dayanmış xidməti Reno qaranlıqda o qədər də çətinliklə görünmürdü...

Tərkibində fosforlu birləşmələri olan plastik lampalar, uzaqdan pişik gözü kimi parıldayırdı. Maşında doğru irəlilədi, tez tez əsnəməyə başladı...bərk yuxusu gəlmişdi...Yəqin bu gün də manyakı görməy ona qismət olmayacaq.

Maraqlısı onda idi ki, maşının qapısını açıb içəri girəndə Əbülfəzdən əsər əlamət yox idi. Afərin- gərək ki, vaxtında durub...yəqin subaşına gedib-deyə özlüyündə fikirləşdi, elə bir başa arxa oturacağa adlayıb, uzandı, oradakı dublyonkanı üstünə çəkdi.

IV

İLK CƏSƏD

Adil qulağına dəyən it hürültüsünə oyandı, saatına baxanda gözləri kəlləsinə çıxdı. Saat dördün yarısı idi.

Başını qaldırıb pəncərədən baxmaq istədi.

Pəncərələr içərinin temperaturundan tərlədiyinə görə heç nə görmək mümkün deyildi. Tez pencəyinin manjeti hissə ilə şüşəni silib boylandı...Nə qədər də inanılmaz olsa da, yanından elə həmən an boz plaşlı, başında qara panama, sol əlində üzü yerə qoşa güllə ov tüfəngi tutub maşınla paralel şəkildə düzləməsinə gedirdi.

Adil dərhal geri çəkildi, halbuki, it ovçusu heç maşına tərəf baxmırdı belə. Qonşular necə də düz ifadə vermişdilər...doğrudan da dodaqaltında xüsusi səslər çıxarırdı, bağırtı tipli səslər çıxardırdı.

Adil pəncərədən nə qədər boylandısa manyakın sifətini görə bilmədi, elə bil sifəti Marian çökəkliyi kimi zülmətdə idi...Heç nə seçmək olmurdu. Bu taxtabaş Əbülfəz haradadır görəsən, bilirdim o, bu gün çöplədəcək –deyə özlüyündə Əbülfəzə acılandı.

Əlini tapanca qabına atdı, pistoleti təzəcə çıxarmışdı ki, qızmış quduz itin hücüm sədaları və mırıltısı eşidildi, itin atdığı hər bir addımı eşitmək olurdu. Manyak isə ondan da dəhşətli bir bağırtı çıxartdı, atəş açıldı...İtin qısa ölüm zingiltisindən hər şey məlum oldu.

Adil yenidən pəncərədən baxmağa qərara aldı...Təəssüf ki, arxa pəncərədən hadisələrin gedişini görmək olmurdu. Lakin binanın podyezdlərini açıq aydın seçmək olurdu. Çox maraqlıdır. Qonşular hələ də çölə çıxmayıblar...

Adil tapancanın darağına baxdı...döyüş güllələri ağzına kimi dolu idi, tapancaya keçirdi və qoruyucunu çəkdi. Yavaşca maşının arxa qapısını açdı. Maşından çıxan an ovçu yerə sərilmiş it meyiti ilə məşğul idi, dombalmışdı. İtin boyun dərisindən qaldırıb, yolunu davam etməyə başladı, Adillə onun arasında iyirmi beş metr məsafə olardı...

Adil həyəcandan özünü ələ ala bilmirdi. Əlləri titrəyir üzünü tər basmışdı...

Ürək döyüntüsü isə həddindən artıq gec idi. Bədənini buz bağlamışdı. Nişangahı ovçu istiqamətində tutub, qışqırdı “Tüfəngi yerə at, it oğlu it. Üzünü də mənə tərəf çevir...Tez ol.”. Tüfəngi əlindən yerə qoymasa da, sağ əlində üzü aşağı sallanmışdı.

Adilə sonradan çatdı ki, tüfəngin içindəki gilizləri boşaldıb təzə güllə ilə doldurmasa o bu tüfənglə heç bir təhlükə yarada bilməsi. Dodadaltı xüsusi səslər dəyişkən səs miqyası ilə yenə də eşidilirdi.

Bir əlində it meyiti, bir əlində tüfəng yavaş-yavaş Adilə tərəf burulmağa başladı. Adil onun üzü yanmış tüksüz, qaşsız hər tərəfi kələ-kötürlü qırışlar və həddindən artıq uzun çapıqlarla bürünmüş qara sifətini və əsasən də, qırmızı gözlərini görəndə, qorxu dalğasının gücündən qeyri-iradi atəş açdı.

Bəxtindən güllə yan keçdi. Manyak isə bir millimetr belə tərpənmədi. “Görürsən ki, boşboğaz deyiləm, artıq bir hərəkət elə gör beynini dağıdıram ya yox.”- deyə səsləndi, və cibindən dərhal mobil telefonunu çıxardı...

Yenidən kameranı aktivləşdirdi, ovçuya tərəf tutdu. Ekrana baxmağa başladı...Bu səhv addım idi, çünki Adilin yadından çıxmışdı ki, gecə rejimi çəkilişi həqiq zamandan bir saniyə gec addımlayır...

Bir saniyə isə hər şeyi dəyişə bilərdi. Ekranda ovçunun əlində it olan qolunun arxaya doğru yığıldığını görən Adil, gözlərini hiss edibmiş kimi dərhal ekrandan ayırdı, ovçuya tərəf baxanda havada itin ağılasığmaz sürətlə ona sarı uçduğunu gördü, başını çevirməyə yarım saniyə geciksəydi, belə ağır sümüklü itin təpəsinə çırpılmasında çox ehtimal ki sağ çıxmayacaqdı, it çiyninə dəyib göstərdiyi təzyiqdən onu yerə sərdi, Adil başını qaldıranda bir də gördü ki, manyak iri addımlara aradan çıxır...

Tez tapancanı əlinə alıb ona tərəf qaçmağa başladı...Uzaqdan atəş açmaq istəmirdi. Manyakın atdığı növbəti addım isə Adili tam çaşdırdı.

Belə ki, manyak üzbəüz ikimərtəbəli binanın solundan, döngəyə keçsə idi...Artıq onu tutmaq çox müşkül məsələ olacaqdı.

Bununla belə, o həmən ikimərtəbəli binaya bitişik qonşulardan birinin alçaq çəpərli ( təxminən yarım metr olardı) bağçasına girdi və böyürtkən kollarının arxasında gizləndi, Adil çəpərə minimal məsafədə durdu.

Kolu nişan aldı...Birdən ani olaraq gələn güclü baş ağrısı onu gözlərini yummağa vadar etdi...

Maraqlıdır ki, gözlərini yumduğu an özündə rahatlıq hiss etdi, bədənindəki soyuq getdi, ətrafdakı temperaturun istiləşdiyini hiss etdi, gözlərini açanda otağın içində olduğunu gördü, qarşısında çarpayı var idi, orada bir qız yatırdı, ətrafa boylananda ona məlum oldu ki, bu Aydanın otağı idi...

Bu xəyallar özündən asılı olmayaraq onu dəli edirdi.

Yenidən gələn baş ağrısı, gözlərini yumur və açanda yenidən həqiqi məkana qayıdır. Başını bir qədər silkələyir...Yenidən kolluğa baxanda isə oradan tüfəng lüləsinin ona tərəf baxdığını görürür.

Gözlərini yumub, qulaqlarının batmaması üçün ağzını açır, daraqda nə qədər güllə var hamsını boşaldır, kolluq tərəfə.

Tüfəngin yerə düşməsindən Adil başa düşür ki, sabah onu yeni rütbə gözləyir...Çəpəri tullanıb bağçaya girir, kolluğa tərəf irəliləyir, birdən yaxın məsafədən dəlicəsinə qadın qışqırıq, ağlaşma hay-küy səsləri gəlir. Adil arxadan belini yumruqlamağa başlayırlar...və eşidir “Axı, niyə....niyə.

Onun səndə nə işi vardı, Əclaf mən səni öldürəcəyəm”.

Üzünü arxaya çevirəndə, onu vuran qadının İradə olduğunu gördü və “Sən burda neyniyirsən” deyə soruşdu. Və yenidən başağrısı, gözlərini açanda yenidən otaqda olduğunu görür...

Otaq qan-qeysan içindədir, çarpayıdan axan qan sızıntıları, yerdəki xalçaya xəfifcə damcılayır. Çarpayıda yatmış Aydan da güllənin dəymədiyi yer yoxdur...Adilin huşu özündən gedir...

Səhər Polis şöbəsində ayılanda isə ona bildirirlər ki, sən demə heç dünən iş günü deyilmiş...heç bir patrul təyin edilməyib...DAVAMINI BURDA OXU

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG