Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Fərhad Məmmədov "NEYRATRON LAYİHƏSİ" (Hekayə-2)


ƏVVƏLİNİ BURDA OXU

II

İLK QURBAN

Aydan həmişəki kimi yuxusuna gəlmişdi...

Çox gözəl görünürdü...elə hey gülümsəyirdi, lakin Adilə tərəf baxmırdı, mənzərə çox tutqun idi...gülümsəyən Aydanın yanında yeni obrazlar gah peyda olur gah da yoxa çıxırdılar, onunla söhbət edirdilər, lakin Aydan olduğu kimi yerində qalırdı və söhbət etdiyi adamların birdən birə hara yoxa çıxdığına təəcüblənmirdi belə.

Adil dinməsədə, onu çağırdığını hiss edirdi...səs gəlmirdi...

Qız elə bil onu eşitmirdi...

Nəhayət Adil bir qədər ona yaxınlaşır, əlavə obrazlar yenə yoxa çıxır, ağ yoxsuzluq fonunda yalnız ikisi olur, qız isə yenə ona tərəf məhəl qoymur. Nəhayət Adil dözməyib Aydanı çağırmaq üçün işarə barmağını onun çiyninə toxundurmaq istəyir...

Aydan elə sürətlə başını çevirirki, Adil onun sifətində baş vermiş dəhşətli dəyişiklikləri dərk etməyi çatdıra bilmir...

Bir an sonra baxıb görür ki, Aydanın sifətini eybəcər, üzü qırışlarla dolu, yaşıl gözlü, göz qapaqlarından biri tam açılmamış eybəcər bir insan sifəti əvəz edib...Adil özü də dəqiq bilmir ki, bu qadındır yoxsa kişi...dəhşətli mənzərə onu paralizə edir...oyanmaq üçün əllini sıxır, dilini dişləyir, qışqırmaq istəyir amma heç bir fayda olmur.

- Adil tez, ol mənə köməy elə...tez ol...deyə qarşıdakı bədheybət kişi səsi ilə yalvarmağa başlayır...

Axı o dodaqlarını heç tərpətmir belə...Sifət cizgilər isə şikarın arxasınca günlərlə qaçan qəddar ovçu simasına bənzəyir...axı o belə sifətlə necə yalvartı səsləri çıxara bilər...Adil bir şeyə əmindir ki, həmən səslər qarşıdakı bədheybətdən çıxa bilməz...

Birdən qulağına möhkəm zərbə səsi gəlir...Reflektik olaraq Adilin gözləri açılır...Maşında yatdığına əmin olur...

Başını qaldıran kimi maşının arxa qapı pəncərəsinə var gücü ilə ovuclarını çırpan gözləri sərt ağrıdan bərələnlər tək orbitindən bayra çıxmış Fuadı görür və diksinir...

Fuad ekstazda olanlar kimi elə hey dəlilər kimi, quduzcasına pəncərəni durmadan vırır...Yəni onun qapını dəstəyini basıb açmaq ağlına gəlmir...Bu mərəkə nəyə lazım...

- Adil....Adil...tezzz ol...-o qədər möhmək udqunur ki, səsi Adilin qulağına çatır.- Qonşular düz deyirdilər...

O gəldi...bu gün də gəldi....Ay Allah, qarnımı gülləylə yaralayıb...mən qan itirirəm...- deyə birdən huşunu itirdi...yerə sərildi...Adil hadisələrin gedişindən hələ tam baş çıxartmadığı üçün bütün bu monoloqun gedişi zamanı arxa oturacaqda uzanmış gəlikdə pəncərəni seyr edirdi...Fuad səriləndən sonra isə artıq belə vəziyyətdə pəncərədən heç nə seyr etmək olmurdu...

Qorxudan keyib qalmış Adilin bədənindən elə bil kürə ildırım keçdi...Tez özünü ələ alıb yerdəki Fuadı qaranlıqda əzmək ehtimalı olduğundan digər qapından çıxaraq tez bazar Fuadın yıxıldığı yerə gəldi...

Embrion şəklində qatlanıb uzanmış Fuadı bir qədər qaldırıb, əli ilə qaranlıqda onun yuniformasında əsasən qarın və sinə nahiyəsində gəzdirməyə başladı...

Maraqlı idi, onun əli heç bir maye və ya nəmlik hiss etmirdi...

Yəqin etdi ki, adi pistoletdən ya Makarov ya dakı Tetedən atəş açıb...

Tez uniformanın düymələrini yırtdı...Alt paltarlarını yuxarı qaldırıb, qarnına göz gəzdirdi...Gördükləri onu hamsından çox heyrətə gətdirdi...Gördükləri isə o idi ki, o heç nə görmürdü...Yaradan və qandan əsər əlamət belə yox idi.

III

İLK HƏQİQƏT

Nəhəng otaqda ən azı beş metr uzunluğunda olan masanın başında İradə xanım, digər başında isə Adil əyləşmişdi...

Masanın üstündə bayram günlərindəki kimi ürəyin nə istəyir var idi...Halbuki bu ailənin gündəlik həyat tərzi idi...İmkanları buna imkan verirdi. Adili elə bil məcburi yedizdirirdilər...

Ağzına bir yarpaq dolması qoyur, bir-iki dəqiqə çeynəyir...lakin udmağa tələsmirdi...Elə hey gözlərini masadakı duzqabıya zilləyib dünən olanları götür-qoy edirdi. İradə xanım uzun fasilədən sonra gülümsəyərək yenidən söhbətə başladı...

- Axır nə oldu, iş yoldaşının başına hava gəlib...

Adili elə bil silkələyib oyatdılar...

- Hmm...Dəqiq bilmirəm nə məsələdi...elə hey başımdan çıxmır...Bu gün onu başdan ayağa müayinə etdilər...sözün əsl mənasında...məsələyə aidiyyatı olmayan yerlərini belə...

- Bu məgər o qədər vacib idi- ha-ha-ha...

- Psixoloq israr etdi...Dedi ki, hmm...necə başa salım... onun evlilik həyatındakı problemlər...özünüz başa düşdüz də, hamsı onun qarabasmalarına təsir edə bilər. Halbuki hadisələrin gedişi bunu tam əsassız edir...Axı qonşuda həmin kişini görmüşdü...Çox qəliz məsələdi...

- Nəisə...belə müəmmalı şeylər həmişə məni maraqlandırıb...amma görürəm danışmağa həvəsin yoxdu...

Adil bayaqdan məqam axtarırdı ki, Aydanın belə gec vaxtda harada olduğunu soruşsun...lakin sıxılırdı...Nəhayət özündə güc yığıb cəhd etdi.

- İradə xanım,...?

- İradə xanım yox İradə...Artıq üç aydır ki bu evdə yaşıyırsan hələ də rəsmi şəkildə müraciət edirsən...-gülümsəyərək- bir dəki, axı mən səndən yalnız on yaş böyüyəm...

- Oldu...Aydan hardadır...

İradə cavab verməyə tələsmədi...Çəngəli əlindən qoydu, iki əlini dua edən rahibə şəklində birləşdirib Adilin gözünün içinə zillədi...yenidən özünəməxsus şəkildə gülümsədi.

- Bilirsən...mən bu anı sən bizə gələn gündən gözləyirdim...amma utanırdım...

- Nədən utanırdın.
- Utanmağım barədə vaxt gələndə, ikilikdə qalanda deyərəm...Nəhayət ki, qızım məni xoşbəxt edəcək.

Bu anı Adil hələ hərbi xidmətdə olandan səbirsizliklə gözləyirdi...Elə gün elə gecə yox idi ki, bu haqda fikirləşməsin, xəyallar yaratmasın...Elə bil bu sözlərlə ürəyinin klapanı bağlandı və qanın hərəkətinə mane olaraq, dialoqun kuliminasiya nöqtəsini gözləyirdi...

- Siz demək istəyirsiz ki, hmm....demək istəyirsən ki...
- Demək istəyirəm ki, Aydan sabah nişanlanacaq...- Adil istədiyinin belə asan başa gələcəyini gözləmirdi. Hətta dünənki hadisələr də onun fikirlərini çox uzaqlara tərk etmişdi.

- Nişanlanır?

- Elədir ki var...Səndən çoxdan gizləyirdim...deyirdim, bilirsən də bu kişilərin xasiyyətini, deyirdim birdən Aydanı qrup yoldaşı Nəsimiylə görsən yazıq oğlanın ağız-burnunu əzərsən...yazıq çox fağır oğlandı...amma neyləmək olar bir-birlərini sevirlər...

Maraqlısı ondadır ki, əvvəllər bir-birlərinə düşmən münasibət bəsləyirdilər...

Bilirsən də ikisi də oxuyan uşaqdı, qrupun ən yaxşılarıdır...

Bir-birləri ilə daima birincilik rəqabəti aparırdılar...Sənin ayağın isə düşərli olub...elə sən gələn kiçik bir hadisə onların bir-birlərinə olan gizli məhəbbətlərini üzə çıxarıb...Mən isə sənə bir təcrübəli qadın kimi deyə bilərəm ki, onların arasında heç vaxt nifrət olmayıb...bu sadəcə gözdən pərdə asmaq idi...

Onlar elə ilk günlərdən bir-birlərini sevirdilər...lakin bu tədricən baş verirdi...

Bilirsən mənim kafir, ateist Nitşenin fəlsəfəsindən xoşum gəlməsə də, onun bir fikri həmişə həyatda öz təsdiqini tapıb...

Məhəbbət o məhəbbətdir ki, tədricən yaranır...

Belə...-sevindiyini göstərmək üçün öz çıxışını yavaşca alqışlamağa başladı...bayaqdan diqqət mərkəzi öz nitqində olduğundan ətrafdakılardan biganə idi...indi isə Adilin sifətindəki dəyişiklikləri görüb süni alqışları dayandırdı...- Sənə nə oldu belə?

İradənin iki cümləsi kifayət etmişdi ki, onun bütün xəyallarını, uzun müddətli planlarını alt-üst etsin, doğrudan da məhəbbət adamı axmaq və cahil bir şəklə salır...insan artıq səmərəli şəkildə düşünə bilmir...

Artıq hər şey aydın idi...Bütün planlar əbəs idi...O hələ də həyatda təkdir...Onu heç kəs başa düşmür...Belə yaşamaqdansa, ölmək yaxşıdır...

Adil səsli şəkildə masadan qalxdı...İradə də stulundan qalxıb əynindəki mavi xalatın kəmərini sıxıb, Adilə tərəf yaxınlaşmağa başladı...

Adil onun nə etmək istədiyini başa düşməyib lal-dinməz donub qaldı...Adil İradə ilə indiyə qədər belə yaxın məsafədə durmamışdı. İradə xəfifcə Adilin enli çiyinlərindən yapışdı...Üzünü tədricən qabağa verib...dodaqlarını Adilin sol qulağına yaxınlaşdırdı. Pıçıldamağa başladı.

- Hmm...Bilirsən mən bunu sənə çoxdan demək istəyirdim. Amma, utanırdım...Axı bu ağılasığmaz şeydi.

Qorxurdum məni axmaq hesab edərsən...Elə indi də qorxuram. Nə etmək olar məhəbbətdə heç bir hədd yoxdur...Mən səni sevirəm...- xeyr, Adil həyatında bu qədər uzun çəkmiş emotsional variyatsiyalara məruz qalmamışdır. Mexaniki olaraq qaşları təəcüblənmiş şəxs kimi aşağı doğru qabardı...Lakin hələ də gözləri irəli baxırdı...

- Aydanı tez evləndirərəm sonra biz ikimiz bir yerdə yaşayarıq, ...nə qədər qəribə görünsədə, ancaq mən sənin qədər həyatımda heç kimi sevməmişəm...Həmişə səninlə birgə olmaq istəyirəm...

Qoy Aydan evlənsin, gör mən sənin rütbəni və vəzifəni artırıram ya yox...- artıq zərif əllər Adilin boynuna sarıldı, İradə yanağını öpmüşdü ki, yağ oksigenə toxunan kimi Adil partladı...İradənin əllərini mümkün qədər nəzakətli şəkildə boynundan kənara atıb, qapıya doğru irəlilədi...

İradə yerə çöküb beşinci sinif qızı kimi üzünü dizlərinin arasında gizləyib hönkürməyə başladı. DAVAMINI BURDA OXU

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG