Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 10:11

BDU-ya bomba qoyulması xəbəri yalan çıxdı


Dünən axşam Bakı Dövlət Universitetinə bomba qoyulması barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat daxil olub.

Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, əraziyə əməliyyat-axtarış qrupu gəlib, lakin bomba tapılmayıb. Zəng edənin kimliyinin müəyyən edilməsi üçün axtarış tədbirləri davam etdirilir.

Son iki ildə Azərbaycanda müxtəlif yerlərə bomba qoyulması barədə yalan məlumat verdiyinə görə 10 nəfərdən çox insan cinayət məsuliyyətinə cəlb edilib. Onlar əsasən yeniyetmələr olub.

XS
SM
MD
LG