Bakının Suraxanı rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində partlayış baş verib. Ev sahibi və həmin vaxt mənzildə olan daha 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Onlardan ikisi xəstəxanaya yerləşdirilib. Xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.
Hadisə ilə bağlı təhqiqat aparılır. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub.