Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:04

Türkiyə Quru Qoşunlarının nümayəndələri Bakıya gəlir


Aprelin 19-da Türkiyə Quru Qoşunlarının nümayəndələri Bakıya gəlir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 22-dək davam edəcək səfər Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq proqramı çərçivəsində reallaşacaq.

Bu gündən başlayaraq, aprelin 23-dək Bakıda Azərbaycan Ali Hərbi Məktəbi ilə Türkiyə Quru Qoşunları Hərbi Məktəbi arasında müəllim mübadiləsi aparılacaq.

Bu gün Bakıda həmçinin «Azərbaycan-Türkiyə SAT-SAS-2010» təliminin planlaşdırma toplantısı keçiriləcək. Tədbir Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən təşkil olunacaq və iki gün davam edəcək.
XS
SM
MD
LG