Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:28

Davudoğlu Bakiya səfərinin məqsədini belə izah edir


Ahmet Davudoğlu
Ahmet Davudoğlu
Aprelin 19-da Türkiyənin xarici işlər naziri Ahmet Davudoğlu Bakıya səfərə gəlir.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov bildirib ki, səfər Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutacaq.

Azərbaycana gələcəyini Ə.Davudoğlu aprelin 15-də Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirmişdi. Demişdi ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini davam etdirməkdə qərarlıdır:

«Qərarlı olduğumuzu həm erməni, həm də amerikalı həmsöhbətlərimizə çatdırdıq. Azərbaycana isə mövqeyimizi bazar ertəsi reallaşacaq səfərim zamanı deyəcəm. ABŞ-da apardığımız danışıqları Azərbaycan prezidenti İlham Əliyevlə təfərrüatları ilə dəyərləndirib, sonrakı addımlarımız barəsində məsləhətləşmələr aparacağıq. İran məsələsi üçün də diplomatik yolun mövcudluğu qənaətindəyik. Bir həftəyə İrana da səfər edəcəm».

Bakıdan sonra Əhməd Davudoğlu Tehrana yola düşəcək. ABŞ və İran münasibətləri haqqında danışıqları davam etdirəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG