Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:25

Lukaşenko Bakiyevi qəbul etməyə hazır olduğunu bildirib


Belarus Qırğızıstanın devrilmiış prezidenti Kurmanbek Bakiyevi qəbul etməyə hazırdır.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.

O Bakiyevin hazırda Qazaxıstanın cənubunda olduğunu deyib.

Qırğızıstanda keçmiş prezident və onun ətrafına qarşı cinayət işi qaldırılıb.

Onlar nümyişçilər, jurnalist və siyasətçilərin qətlində və korrupsiyada ittiham olunurlar.

Qırğızıstandakı ötəri hökumət yaxın vaxtlarda bütün siyasi məhbusları azad etmək fikrindədir.

Bunu baş nazirin müavini Almazbek Atambayev bildirib.

O həmçinin qeyd edib ki, hökumət yaxın 2 il ərzində elektrik enerjisinin qiymətini qaldırmaq fikrində deyil.
XS
SM
MD
LG