Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:26

Mərhum prezident Kaçinski və xanımı Mariya Krakovda torpağa tapşırılır


Polşanın Krakov şəhərində prezident Lex Kaçinski və xanımı mariya Kaçinskinin dəfn mərasimi keçirilir.

Mərasimdən sonra Kaçinski və xanımı Vavel qəsrindəki kompleksdə torpağa tapşırılacaq.

Mərasimə 10 minlərlə adam yığışıb.

Avropada hava məkanı bağlı olduğuna görə ABŞ prezidenti Barak Obama da daxil olmaqla bir çox dünya liderləri mərasimə qatıla bilməyiblər.

Amma buna baxmayaraq Rusiya prezidenti Dimitri Medvedev mərasimə qatılıb.
XS
SM
MD
LG