Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:29

ABŞ-ı Beynəlxalq Atom Enerjisi Agentliyindən çıxarmaq lazımdır


İranın ali dini lideri Ayatolla Əli Xamenei Birləşmiş Ştatları Beynəlxalq Atom Enerjisi Agentliyindən çıxarmağa çağırıb.

O Tehranda keçirilən nüvə tərksilahı konfransında çıxış edərkən deyib ki, Birləşmiş Ştatlar özünün nüvə arsenalından digər ölkələrin işinə müdaxilə vasitəsi kimi istifadə edir.

Rusiya, Suriya, İraq və Livan da daxil olmaqla konfransda 12 ölkə iştirak edir.

Konfrans iştirakçıları İranın nüvə proqramını dəstəkləyib, onun dinc məqsədli olduğunu bildiriblər.
XS
SM
MD
LG