Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:58

Şimali Kiprdə prezident seçkiləri keçirilir


Kiprin şimalında-türklər yaşayan hissəsində prezident seçkiləri keçirilir.

Prezidentlik uğrunda indiki dövlət başçısı Mehmet Əli Tələt və baş nazir Derviş Eroğlu mübarizə aparırlar.

Mehmet Əli Tələt adanın birləşdirilməsi ilə bağlı kİpr yunanlarıyla danışıqların tərəfdarıdır.

Derviş Eroğlu isə iki suveren dövlətin konfederasiyasını təklif edir.

Son rəy sorğularına görə Eroğlu Tələti azacıq qabaqlayır.

Kiprin birləşməsi Türkiyənin Avropa Birliyinə qəbulunda əsas məsələlərdən biridir.
XS
SM
MD
LG