Keçid linkləri

2026, 19 Avqust, çərşənbə, Bakı vaxtı 13:41

Azərbaycan ABŞ-la siyasətinə yenidən baxa bilər

ABŞ Azərbaycana qarşı strateji müttəfiqlik siyasəti yürütmür”.

Bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Reuters” agentliyinə müsahibəsində deyib.

Əli Həsənov qeyd edib ki, Azərbaycan da bu səbəbdən ABŞ-la bağlı siyasətinə yenidən baxa bilər.

O bildirib ki, Birləşmiş Ştatlar yalnız iqtisadi böhranın öhdəsindən gəlmək üçün Ermənistana necə yardım etməyi düşünməməlidir.

Vaşinqton ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olunmasına çalışmaldıır.

Əli Həsənov Azərbaycanın ABŞ-la birlikdə çoxsaylı transmilli enerji layihələrində iştirakını da xatırladıb.
XS
SM
MD
LG