Keçid linkləri

Təcili xəbərlər
2023, 30 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:34

Rabitə naziri İnternet-TV-lərin lisenziyalaşmasından danışdı


Əli Abbasov
Əli Abbasov
Aprelin 17-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2010-cu ilin I rübünün yekunlarına dair kollegiya iclası keçirilib.

Nazir Əli Abbasov bildirib ki, rüb ərzində stasionar telefon rabitəsi abunəçilərinin sayı 4 464 nömrə artaraq 1 400 235-ə çatıb.

Mobil rabitə abunəçilərinin sayı isə 56000 artaraq 7 613 128 nəfərə çatıb. Yəni, hər 100 nəfərdən 87-si abunəçidir.

Mobil İnternet istifadəçilərinin sayı mobil rabitə abunəçilərinin sayının 30-40%-ni təşkil edib.

Jurnalistlərin son vaxtlar genişzolaqlı İnternetin keyfiyyətinin aşağı düşməsi ilə bağlı sualına cavabda nazir deyib:

«Bunu «İKT müxalifəti» deyir, istifadəçilər tərəfindən belə şikayətlər yoxdur».

Yerli İnternet-provayderlərə lisenziya verilməsinin bərpası mümkünlüyünə toxunan nazir bildirib ki, hazırda dünya şəbəkəsi vasitəsilə fəaliyyət göstərən On-line TV-lər, müxtəlif kommersiya strukturları yaradılır. «Onların fəaliyyəti qanuna uyğun olmalıdır və onlar müvafiq lisenziyalar almalıdır, əks halda, onların fəaliyyəti dayandırılacaq», - deyə Abbasov bildirib.
XS
SM
MD
LG