Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:42

Partlayışda azı 13 adam ölüb


Pakistanın şimal-qərbində-qaçqın düşərkəsində törədilmiş iki partlayışda azı 13 adam ölüb.

İlk partlayış qaçqınlara yardım paylanarkən kütlənin arasında baş verib, insanlar kömək üçün hadisə yerinə axışanda isə ikinci partlayış baş verib.

Yerli polis hesab edir ki, hadisə dini ədavət zəmnində törədilib.

Ölənlərin əksəriyyəti döyüş zonasını tərk etmiş pəştun şiələrdir.

Pakistanın hökumət qoşunları qonşu Orakzay əyalətində talibançılara qarşı irimiqyaslı hərbi əməliyyatlar aparır.
XS
SM
MD
LG