Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 19:06

Qırğızıstanda keçmiş dövlət məmurları axtarılır


Qırğızıstandakı müvəqqəti hökumət aprelin 7-də Bişkekdə baş vermiş qarşıdurmada 80-dən çox adamın ölümünü araşdırmaq üçün 3 istintaq qrupu yaradıb.

Müvəqqəti hökumətin rəsmisi Azimbek Beknazarov artıq keçmiş rəhbərliyin bir çox yüksək səlahiyyətli məmurlarına qarşı qiyabi cinayət işi qaldırıldığını, onların axtarışda olduqlarını deyir.

Həmçinin keçmiş prezident Kurmanbek Bakiyevin özünə qarşı cinayət işi açılıb.

Bundan başqa ölkədə törədilmiş qarətlərlə bağlı 200-dək cinayət işi açılıb.

Kurmanbek Bakiyev ötən cümə axşamı istefa verərək ölkəni tərk edib.

Birləşmiş Ştatlar demokratiya və müstəqilliyin möhkəmləndirilməsi üçün yeni Qırğızıstan hökuməti ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.
XS
SM
MD
LG