Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:10

Jurnalist çirkli pulların yuyulmasında günahlandırılır


Böyük Britaniya vətəndaşı, jurnalist Vüqar Xəlilov məhkəmənin qərarı ilə Bişkekdə 2 ay müddətinə həbs edilib. Bu barədə Böyük Britaniyanın Bişkekdəki səfirliyi məlumat yayıb.

Mælumatda deyilir ki_ V.Xəlilov əsas vətəndaş hüquqları pozulmaqla aprelin 12-də, axşam Bişkekdə Qırğızıstan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman ona heç bir ittiham irəli sürülməyib.

Saxlandıqdan dərhal sonra o, dindirilmə üçün MTX-yə aparılıb və Britaniya tərəfə, qohumlarına və yaxınlarına xəbər verilmədən, orada 40 saatdan çox saxlanılıb.

Bu müddət ərzində onun vəkillə görüşmək hüququ təmin olunmayıb. MTX nümayəndələri iki dəfə onun vəkilinə bildiriblər ki, guya Vüqar vəkil xidmətindən imtina edib, amma sonradan məlum olub ki, əksinə, Vüqar dindirmə zamanı israrla vəkilinin iştirakını tələb edib. Vüqarın Britaniyanın Qırğızıstandakı diplomatik missiyasının nümayəndələri ilə görüşməsinə də icazə verilməyib.

Britaniya konsulunun Bişkekə Böyük Britaniya vətəndaşı Vüqar Xəlilovla rəsmi görüşün təşkili xahişi ilə etdiyi müraciəti indiyədək təmin edilməyib.

Vüqar Xəlilov 20 ildən çoxdur peşəkar jurnalistika sahəsində çalışır, 90-cı illərin əvvəllərində AzadlıqRadiosunda, sonradan 2009-cu ilin fevralına qədər BBC-də işləyib.

Ötən ilin əvvəllərində o, yeni PR fəaliyyətinə başlayıb.

2009-cu ilin əvvəllərindən o, Bişkekdə «Fleksii kommunikeyşnz» PR şirkəti yaradıb və ona rəhbərlik edib. Şirkət PR xidmətləri, habelə yeni texnologiyalar, yeni media və veb-dizayn sahəsində xidmətlər göstərir. Agentliyin məqsədi Qırğıızstanda media-resursların inkişaf etdirilməsi, Qırğızstanın Mərkəzi Asiyada regional liderə və əsas media qovşağına çevrilməsi idi.

Respublikada son hadisələrdən sonra onun agentliyi məlum olmayan səbəblərdən qərəzlilik obyektinə çevrilib, ofisə və avadanlıqlara möhür vurulub, şirkətin fəaliyyəti dayandırılıb.

Nəhayət, aprelin 12-də Böyük Britaniyanın Qazaxıstandakı və Qırğızıstandakı səfiri ilə görüşdən sonra mehmanxanaya qayıdarkən o, təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən həbs edilib. Britaniya diplomatik korpusu nümayəndələrinin onunla əlaqə qurmaq və ona baş çəkmək cəhdləri uğursuz olub.

Aprelin 15-də Bişkek məhkəməsi Vüqar Xəlilova qarşı çirkli pulların yuyulması ittihamı irəli sürüb. Amma Vüqar Xəlilovun yaxınları bu ittihamı əsassız sayırlar və bildirirlər ki, jurnalistika və media ilə məşğul olan agentlik 11 aydır ki, Bişkekdə fəaliyyət göstərir: «Böyük Britaniya vətəndaşı Vüqar Xəlilovun saxlanması və ona qarşı irəli sürülmüş əsassız iddiaların xarakteri bütün bunlara ittihamların siyasi xarakterli olduğuna işarə edir». /Turan/
XS
SM
MD
LG