Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:14

Əhməd Davudoğlu gələn həftə Azərbaycana gəlir


Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu aprelin 19-da Azərbaycana səfər edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov «Media forum» saytına bildirib ki, səfər Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutacaq. E. Poluxovun sözlərinə görə, hələlik səfərin proqramı, müzakirə olunacaq məsələlər dəqiqləşdirilməyib: «Türkiyə tərəfi müzakirə olunacaq məsələləri təklif edəcək».

Azərbaycana gələcəyini Ə.Davudoğlu aprelin 15-də Vaşinqtonda keçirdiyi mətbuat konfransında açıqlayıb. O deyib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini davam etdirməkdə qərarlıdır: «Qərarlı olduğumuzu həm erməni, həm də amerikalı həmsöhbətlərimizə çatdırdıq.

Azərbaycana isə mövqeyimizi bazar ertəsi reallaşacaq səfərim zamanı deyəcəm. ABŞ-da apardığımız danışıqları Azərbaycan prezidenti İlham Əliyevlə təfərrüatları ilə dəyərləndirib, sonrakı addımlarımız barəsində məsləhətləşmələr aparacağıq. İran məsələsi üçün də diplomatik yolun mövcudluğu qənaətindəyik. Bir həftəyə İrana da səfər edəcəm».
XS
SM
MD
LG