Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 19:14

Bhutto Pakistan hökumətinin səhlənkarlığı üzündən ölüb


Benazir Bhutto Pakistan hökumətinin səhlənkarlığı üzündən ölüb.

BMT-nin xüsusi komissiyasının dünən yayılan hesabatında bildirilir ki, Pakistan rəhbərliyi, başda keçmiş prezident Pərviz Müşərrəflə birgə, Pəncab əyalətinin rəhbərliyi və yerli polis keçmiş baş nazir Bhuttonun təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görməyib.

Komissiya həmçinin Pakistanın xüsusi xidmət və bəzi məmurlarının beynəlxalq istintaqın gedişinə mane olduqlarını bildirib.

Sabiq baş nazir Benazir Bhutto 3 il əvvəl dekabrın 27-də Ravalpindi şəhərində keçirilən mitinq zamanı öldürülüb.
XS
SM
MD
LG