Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:40

«Şübhəli olan layihələr həyata keçirilir»


Azər Mehtiyev
Azər Mehtiyev
«Tikinti sektoruna ayrılan vəsaitlərin bir ucu mütləq gedib Dubaydan çıxmalıdır».

Bu fikri İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev bildirib. O, «İşdən sonra»da prezidentin iqtisadiyyatda gedən proseslərə verdiyi qiymət barədə danışıb.

O deyib ki, ölkədə infrastruktura xərclənən vəsaitin böyük hissəsi mənimsənilir:

- Ölkəyə böyük neft pulları gəlir. Bu vəsaitlər harasa xərclənməlidir. Yol da ən yaxşı təbliğat və pulların ən yaxşı mənimsənilməsi vasitəsidir. 14 km. yolun düzəldilməsinə 360 milyon manat pul xərclənirsə bu yol qızıldanmı çəkilir? Və yaxud «Gənclik»də hər hansı kompleksin tikintisinə başlanılır, yalnız bu il üçün 225 milyon manat pul ayrılır. Hələ gələn il nə qədər pul ayrılacağı qeyri-müəyyən qalır. Bakı-Quba yolu neçə illərdir tikilir, elə pul ayrılmaqda davam edir. Yəni eyni bir məqsədə ən müxtəlif kanallarla vəsait ayrılır, təbii ki, bu vəsaitin heç də hamısının doğrudan da bu məqsədlərə yönəldildiyini söyləmək çətindir. Bu tikinti sektoruna ayrılan vəsaitlərin bir ucu mütləq gedib Dubaydan çıxmalıdır.

Azər Mehtiyev qeyd edib ki, prezident dəfələrlə bu tipli məsələlərə legitimlik qazandırmağa çalışıb:

- Yollara vəsaitin ayrılması klassik məsələdir. Yola nə qədər pul səpsən, yollar o pulu uda bilər. 4,8 milyard manat, 6 milyard dollar vəsait ayrılıb. Bunun müqabilində hələ də yolların keyfiyyətli olduğunu deyə bilmərik. Biz Azərbaycanda yol infrastrukturunun qurulmasını zəruri hesab edirik. Bu məsələ birmənalıdır. Söhbət bu işlərin necə qurulmasından gedir. Azərbaycanda gələcəyi baxımdan şübhəli olan layihələr həyata keçirilir.

Sənaye müəssisələrinin yenidən qurulması uğursuz addımdır.

DAHA ƏTRAFLI AUDİONU DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /
XS
SM
MD
LG