Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 03:56

«Sərhəd» əməliyyatları başa çatıb


Aprelin 6-dan Azərbaycanın Rusiya Federasiyası ilə sərhəd olan şimal rayonlarında başlanan genişmiqyaslı əməliyyatlar başa çatıb. Bu barədə AzadlıqRadiosuna Daxili İşlər Nazirliyindən məlumat verilib.

«Sərhəd» şərti adı altında keçirilən əməliyyatlarda məqsəd transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, narkotik vasitələrin qarşısının alınması sahəsində təşkilati-praktiki tədbirlərin icrası olub.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlərə görə axtarışda olan 16 nəfər tutulub.

Rusiya Federasiyası daxili işlər orqanları tərəfindən barəsində axtarış elan edilmiş 10 nəfər, şübhəli qismində 8 nəfər saxlanılıb. Qanunsuz saxlanılan 8 avtomat silah, 7 tapança, 45 ədəd yivli və ov tüfəngi, 25 qumbara, 32 adda hərbi ləvazimat, 4000-dən çox müxtəlif çaplı patron götürülüb.

Tədbirlər zamanı 293 inzibati hüquqpozma üzrə qanunla müəyyən olunmuş tənbeh cəzalarının tətbiqi təmin edilib.
XS
SM
MD
LG