Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:14

Prezidentin şeir kitabı çıxdı


Rompuy öz kitabını təqdim edir. 15 aprel 2010
Rompuy öz kitabını təqdim edir. 15 aprel 2010
Avropa Birliyinin prezidenti Herman van Rompuyun ilk şeirlər kitabı çapdan çıxıb.

63 yaşlı Rompuy klassik yapon şeir növü olan hayku yazır. Bu kiçik - 17 hecalı, 3 sətirlik şeirlərdir.

O özünün saçının tökülməsindən tutmuş Avropa Birliyilə bağlı mühüm hadisələrə qədər ən müxtəlif mövzularda belə ovqat şeirləri yazır.

Məsələn,

Əsir külək, gur saçlar dalğalanır...
İllər ötür, külək yenə də əsir...
Amma dalğalanmağa daha saç nə gəzir.

(sətri tərcümə)

Bəzən elə təəssürat yaranır ki, Rompuyun şairliyi onun siyasi fəaliyyətindən daha çox diqqəti çəkir.

Brüsseldəki bəzi jurnalistlər prezidentin şairliyi ilə məzələnib hətta onun siyasi addımları ilə bağlı haykuya bənzər şeirlər də uydururlar.

Amma Rompuy belə şeylərdən incimir, o, kitabının Brüsseldə keçirilən təqdimatına bütün jurnalistləri dəvət edib.

Rompuy şeirlərini doğma - Niderland dilində yazır, amma kitabda şeirlərin ingilis, fransız və latın dilinə tərcümələri də verilib.

Kitabın ilk buraxılışı 2500 nüsxədir.

(Rompuyun şairliyi haqda daha ətraflı oxu)
XS
SM
MD
LG