Keçid linkləri

Təcili xəbərlər
2023, 31 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 04:33

Xalq artisti Telman Adıgözəlovla vida mərasimi olmayacaq


Akademik Milli Dram Teatrının aktyoru, Azərbaycanın xalq artisti Telman Adıgözəlov 57 yaşında vəfat edib.

Aktyor bu səhər saat 04.00 radələrində dünyasını dəyişib. Onun infarktdan dünyasını dəyişdiyi bildirilir.

2000-ci ildə Azərbaycanın «Əməkdar artisti», 2006-cı ildə «Xalq artisti» fəxri adlarına layiq görülən Telman Adıgözəlovun bir qızı, bir oğlu var.
Telman Adıgözəlovun aktyor dostları AzadlıqRadiosuna bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin mərhumla vida mərasimi keçirilməsi üçün yer ayrılmamasına təəccübləniblər.

Nazirliyin mətbuat xidmətindən isə deyirlər ki, Telman Adıgözəlovun işlədiyi Milli Dram Teatrı təmirdədir, amma başqa yerin, məsələn, «Aktyor evi»ndə yer ayrılmamasını isə izah edə bilməyəcəklər.

Mərhum Bakının Fatmeyi kəndində bu gün dəfn olunacaq.
XS
SM
MD
LG