Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:15

Nəsimi mükafatının qalibləri açıqlandı


Nasimi award
Nasimi award
II Nəsimi Milli Ədəbiyyat Müsabiqəsi yekunlaşıb. Hər il gənc istedadların üzə çıxarılması və təbliği məqsədi ilə keçirilən ədəbiyyat müsabiqəsinə bu il 47 yazar qatılıb. Onların arasında Azərbaycanla yanaşı İran, Gürcüstan, Rusiya və Fransada yaşayanlar da olub.

Müsabiqənin I mərhələsində iştirakçıların 140-dan artıq bədii mətni dəyərləndirilib. İlkin dəyərləndirmələrdən sonra müsabiqənin final mərhələsinə 23 müəllifin 46 mətni adlayıb.

Münsiflərin dəyərləndirməsi ilə 23 finalçının arasından "Proza" və "Poeziya" nominasiyaları üzrə qaliblər müəyyənləşdirilib.

10 ballıq qiymətləndirmə üzrə keçirilən səsvermənin nəticələrinə görə, müsabiqənin qalibləri aşağıdakılardır:

Proza:

I yer - Cavid Zeynallı (36,5 bal)
II-III yer - Natiq Məmmədli, Ayxan Kiçikbəy (32 bal)

Poeziya

I yer - Ayazbəy Turan (31 bal)
II yer - Ay Han (30 bal)
III yer - Xəqani Əliyev (29 bal)

Əsərləri 5 nəfərdən ibarət münsif heyəti qiymətləndirib. Münsiflərin tərikibi professor Tahirə Məmmədova, filologiya elmləri namizədi, tənqidçi Cavanşir Yusifli, yazar Rafiq Tağı, yazar Şərif Ağayar və I Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin mükafatçısı, yazar Jalə İsmayıldan ibarət olub.

Qaliblərə müsabiqənin diplomları təqdim olunacaq. Qaliblər yaxın günlərdə "Etüd" Kitab Evində keçiriləcək mərasimdə mükafatlandırılacaq.

Müsabiqənin təşkilatçıları “Lit.az” Ədəbiyyat Portalı və “Kultaz.com” Mədəniyyət Portalıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG