Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:12

Bukmekerliyin leqallaşdırılması kimə sərfəlidir?


Sevgim Rəhmanov
Sevgim Rəhmanov
«Fahişəliyin leqallaşdırılması ilə bukmekerliyin leqallaşdırılması eyni şeydir».

Tacirlər və İstehsalçılar Birliyinin rəhbəri Sevgim Rəhmanov belə hesab edir. «İşdən sonra»da bukmekerliyin leqallaşdırılmasından danışılıb.

Sevgim Rəhmanov deyib ki, bu, qumarın leqallaşdırılması deməkdir və müsəlman aləmində qəbuledilməzdir:

- Ümumiyyətlə istər lotoreya, istər qumar bir insanın var-dövlətinin başqa biri tərəfindən mənimsənilməsidir. Bu, dinimizdə qəbuledilməzdir.

«Bukmeker» qəzetinin redaktoru Ruslan Məmmədli isə bildirib ki, hazırda qeyri-leqal olaraq bukmereklikdən gələn gəlir, leqallaşdırılandan sonra Azərbaycanda futbolun inkişafına yatırılacaq:

- Bu leqallaşmanın Azərbaycan idmanına töhfələri olmalıdır. Çünki hal–hazırda qeyri-rəsmi fəaliyyət göstərir. Buradan gələn gəlirlər ayrı-ayrı şəxslərin cibinə gedir. Gözlənilir ki, bu gəlir Azərbaycan dövlətinin büdcəsinə daxil olsun və idmanın inkişafına xeyir versin.

Qeyri-leqal fəaliyyət göstərən bukmekerlər nə qədər pul qazanır?

PROQRAMI DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /

HƏMÇİNİN OXU

QARA BAZARDAKI PULLAR BÜDCƏYƏ NECƏ AXACAQ?
XS
SM
MD
LG