Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Ermənistan Qarabağ məsələsində güzəştə getməyəcəyini deyir


“Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasını Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirmək olmaz”.

APA-nın məlumatına görə, bunu mətbuata açıqlamasında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.

O bildirib ki, Sərkisyanla Ərdoğan görüşündə Türkiyə tərəfi Dağlıq Qarabağ problemini müzakirə etməyə cəhd göstərsə də cavab yenə də əvvəlki kimi olub.

Edvard Nalbandyan bildirib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi ola bilməz və Ermənistan heç vaxt Türkiyə-Ermənistan prosesi naminə Qarabağ məsələsində güzəştə getməyəcək.
XS
SM
MD
LG