Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyul, şənbə, Bakı vaxtı 08:53

Çavuşoğlu ilə müxalifətin görüşündə qalmaqal


Aprelin 14-də «Azadlıq» siyasi blokuna daxil olan partiyaların və Müsavat partiyasının təmsilçisi Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu ilə görüşü yarımçıq tərk ediblər.

Bunu AzadlıqRadiosuna «Azadlıq» blokuna daxil olan Vətəndaş və İnkişaf partiyasının sədri Əli Əliyev deyib.

Əli Əliyev bu addımlarını görüşün protokolu ilə izah edib. Onun sözlərinə görə, müxalifət partiyalarını narazı salan o olub ki, bu görüşə «Müasir Müsavat» partiyasının sədri Hafis Hacıyev də dəvət edilib.

Hafiz Hacıyev hakimiyyətə yaxın televiziya və mətbuat orqanlarında müxalifət liderlərinin ünvanına hər seçkidən-seçkiyə sərt ittihamlar səsləndirir. Müxalifətin mövqeyinə görə, o, belə çıxışları məhz hakimiyyətin sifarişi ilə həyata keçirir. Hafiz Hacıyevin özü isə belə fikirləri qəbul etmir.

Şərhlər (20)

Bu forum dayandırılıb
XS
SM
MD
LG