Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Avqust, Cümə axşamı, Bakı vaxtı 10:00

Polşada prezident seçkilrinin vaxtı aprelin 21-də bəlli olacaq


Polşa prezidentinin səlahiyyətlərini icra edən Bronislav Komorovski bildirib ki, ölkədə yeni prezident seçkilərinin vaxtı, prezident Kaçinskinin fəfnindən sonra, aprelin 21-də elan ediləcək.

Kaçinski bazar günü Krakovdakı Vavel qəsrində dəfn olunacaq.

Dəfn mərasimində ABŞ və Rusiya prezidentlərinin də iştirakı gözlənilir.

Yağışa baxmayaraq polşalılar mərhum prezident Lex Kaçinski və həyat yoldaşı Mariya ilə vidalaşmaq üçün prezident sarayında növbəyə düzülüblər.

Xatırladaq ki, polşa prezidentinin təyyarəsi ötən şənbə günü Smolensk ətrafında qəzaya uğrayıb, nəticədə prezident Kaçinski və onun həyat yoldaşı da daxil olmaqla 90-dan çox adam həlak olub.
XS
SM
MD
LG