Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Lənkəranda 4 adam QİÇS-dən ölüb


2010-cu ilin birinci rübündə Lənkəranda QİÇS xəstəliyindən 4 adam ölüb.

Bu barədə APA agentliyi Lənkəran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin HİV/QİÇS diaqnostikası laboratoriyasının müdiri Rəmiəli İbişova istinadla xəbər verir.

Onun sözlərinə görə, Lənkəranda bu ilin 1-ci rübündə QİÇS-ə yoluxmuş 10 nəfər rayon sakini qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrüylə müqaisədə 3 nəfər çoxdur.

O qeyd edib ki, hazırda Lənkəran rayonunda qeydiyyata alınmış QİÇS xəstələrinin sayı 197 nəfərdir ki, bunların da 70 faizi narkotik aludəçiləridir.
XS
SM
MD
LG