Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Şəxsiyyət vəsiqənizi dəyişin


Bakı şəhər Baş Polis İdarəsi noyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı paytaxt sakinlərinə müraciət edib.

Polis idarəsi şəxsiyyət vəsiqəsi almalı və ya vaxtı bitdiyindən onun dəyişdirilməsi zərurəti yarananların seçkidə fəal iştirak etməsi üçün bu problemi həll etməyə çağırıb. Bu işdə vətəndaşlara kömək etmək üçün paytaxt polisinin Polis İdarələrinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi xidmətləri səfərbər olunub.

Qanuna görə, vətəndaş 16 yaşına çatdıqda şəxsiyyət vəsiqəsi almalıdır.

Şəxs 25, 35, 50 yaşına çatdıqda, soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti dəyişdikdə, şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, sənəd yararsız hala düşdükdə və ya itdikdə bir ay ərzində yenisiylə əvəz edilməlidir. Əgər nəzərdə tutulmuş müddətdə şəxsiyyət vəsiqəsi dəyişdirilməsə, sənəd qüvvəsini itirmiş sayılır.
XS
SM
MD
LG