Keçid linkləri

Təcili xəbərlər
2021, 27 İyul, çərşənbə axşamı, Bakı vaxtı 11:49

«Müsyo Jordan və Məstəli Şah» Londonda oynanılacaq


Mirzə Fətəli Axundovun «Müsyo Jordan və Məstəli Şah» komediyası London teatrı səhnəsində oynanılacaq.

«Avropa-Azərbaycan» Cəmiyyətindən verilən məlumata görə, tamaşa aprelin 15-də İncəsənət Təhsil Məktəbində göstəriləcək.

Tamaşadan əvvəl Azərbaycan milli rəqsi ifa olunacaq, sonra şair David Pari tamaşanı təqdim edəcək.

Tamaşadan sonra Azərbaycan musiqisindən parçalar səsləndirilməsi və «Dərviş Parisi partladır» Azərbaycan filmindən fraqmentlər göstəriləsi də nəzərdə tutulub.
XS
SM
MD
LG